AMİP həmişə müxalifətdaxili inteqrasiyanın və əməkdaşlığın tərəfdarı olub və hər zaman da bu, yürütdüyü siyəstin əsas istiqamətlərdən biridir. Partiya bununla bağlı edilən təçəbbüsləri də dəstəkləyib”.
Bunu Moderator.az-a açıqlamasında AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov bildirib.
Ə.Orucov AMİP-in siyasi intriqalardan uzaq olduğunu vurğulayıb:
"Bəlkə də Azərbaycanda fəaliyyət göstərən yeganə partiyayıq ki, hansısa siyasi qüvvələrlə problemimiz və intiriqalarımız yoxdur. Bu həm də ondan irəli gəlir ki, AMİP açıq siyasətə, bərabərhüquqlu və səmimi əməkdaşlığa üstünlük verib. Hansısa qurumda, formatlarda iştirak etmiriksə, tədbirlərə qatılmırıqsa, bu AMİP-in müxalifətdaxili inteqrasiyadan və əməkdaşlıqdan kənarda qalma anlamı vermir. Ölkədəki müxalif düşərgə ilə fərdi olaraq ikitərəfli əlaqələrimiz və təmaslarımız bu gün də davam edir. Lakin manatın ikinci devalvasiyasından sonra respublikada yaranmış vəziyyətə və gedən proseslərə baxışlarımız bir qədər fərqlidir. Böhranla bağlı müxalifət düşərgəsinin bir qisminin təşşəbbüs və ideyalarına hörmətlə yanaşmaqla bahəm, bundan əvvəlki ideya və təkliflərin həyata keçirilməsi istiqamətində fəaliyyəti daha çox önəmli sayırıq”.
Ə.Orucovun qənaətincə, ictimai nəzarət mexanizminin formalaşması məsələsinə diqqət yetirmək iqtidara təklif verməkdən daha mühüm önəm kəsb edir:
"Zənnimcə, iqtidara təkilf verməkdən daha çox təsir və ictimai nəzarət mexanizminin üzərində işlənilməsi daha uyğun olardı. Çünki təcrübə göstərib ki, hakimiyyət müxalifətdən gələn təşəbbüsləri, ideya və təkliflərə heç vaxt ciddyə almayıb və diqqət yetirməyib. İkincisi də, indiyədək hökümət qəbul edilən proqram və konsepsiyalara əməl etsəydi, qanunlar işləsəydi, bu günkü böhran da baş verməzdi. Məsələn, regionların iqtisadi inkişafı, korrupsiyaya qarşı mübarizə, kənd təsərrüfatının dirçəldilməsi, dövlət idarələrində şəffalığın qorunması və s. kimi mükəmməl sayıla biləcək konsepsiya və dövlət proqramları qəbul edilib. Eyni zamnda, yüksək standarlara cavab verəcək qanunlar qəbul edilib. Deməli, problem təkliflərdə, hansısa proqramlarda deyil, problem dövlət hakimiyyət aparıtının nasazlığında, işlək olmamasında, mütərəqqi təşbbüs və ideyalara sədd çəkilməsində, siyasi sistemin özünü tam doğrultmamasındadır. Ən əsası isə vətəndaşların, cəmiyyətin siyasi və ictimai fəallığının yetərincə olmamsındadır. Bunu üçün də ilk növbədə vətəndaş fəallığının artırılmasına və ictimai müqavimətin təşkilinə, problemləri yaradan hökümətin üzərinə səfərbərliyə, konstitusion islahatlara nail olunması istiqamətində fəliyyətə üstünlük vermək daha məqbul olardı. AMİP bu fəaliyyətlə bağlı əməkdaşlığa hazır və açıqdır”.