Bir neçı gündür ki, gündəmi zəbt edən deputat Cavanşir Feyziyev olayları ilə bağlı AMİP Siyasi Şurasının üzvü və "Millət" qəzetinin baş redaktoru fasebook səhifəsində aşağıdakı paylaşımı edib:
Cavanşir Feyziyevin bir qrup tanınmış mətbuat nümayəndələrini təhqir etməsini pisləyirəm. Problem təkcə Feyziyevlə bağlı deyil. O, aysberqin görünən tərəfidir. Bu hadisə bir daha göstərdi ki:
1) Azərbaycanda siyasi mədəniyyət hələ də formalaşmayıb;
2) Bir çox siyasilər etik qaydalara və normal davranışlara yiyələnə bilməyiblər;
3) İctimai qınağın olmaması düşüncəsindədirlər və bundan çəkinmirlər;
4)Parlamentdə təsadüfi adamlar kifayət qədərdi;
5) Vəzifəli və böyük kapitala sahib olan şəxslər cəmiyyətə yuxarıdan aşağı baxır və hətta qəzəblidir.
6) C.Feyziyevi bu qədər harınladan və varlanmasına, onun yüksək məqamalara qısa müddətdə nail olmasına şərait yaradan hakimiyyətin ən yuxarı eşalonunda dayaqları və hamisi var:
7) Dövlət idarəçiliyində çox ciddi qüsurlar hələ də qalır və s.
Ən vacibi isə siyasi sistem tam işlək vəziyyətdə deyil.
Ona görə də bu kimi xoşagəlməz hallar zaman-zaman bundan sonra da baş verəcək.
Millət