"Qarabağ probleminin hərbi yoldan başqa həlli yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında AMİP lideri Etibar Məmmədov bildirib. Onun sözlərinə görə, bu, hər kəsə məlum olan bir həqiqətdir:
"Bu, hamıya aydın olan, hamının gördüyü bir gerçəklikdir. Hər kəs başa düşür ki, problemin həlli yolu hərbdən keçir. Bu günə qədər aparılan danışıqların səmərəsizliyi də bunu göstərir. Bu baxımdan hesab edirəm ki, problemin məlum yöndə həllinə daha çox diqqət ayrılmalıdır”.