Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı Rəşad Əlizadə Bakıda radara düşüb. Özü də, onun barəsində tətbiq edilən cərimə artıq sistemə vurulub. Lakin işin ən maraqlı tərəfi budur ki, Rəşad Əlizadənin qayda pozduğu iddia olunan 99 GX 207 nömrə nişanlı avtomobildən xəbəri yoxdur.
Milli.Az bildirir ki, bu barədə avtosfer.az-a məlumat verən sürücü deyib ki, uzun zamandır Azərbaycanda yoxdur və son 4 ay ərzində ümumiyyətlə, Azərbaycanda olmayıb: "Bu gün maraq üçün Daxili İşlər Nazirliyinin saytındakı "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar"ı yoxlayarkən gördüm ki, guya 04.07.2016 tarixində 99 GX 207 nömrəli avtomobillə qayda pozduğum üçün 4 bal və 54 manat cərimə olunmuşam.
Uzun illərdir xaricdə yaşayıram, demək olar, hər gün maşın sürürəm və heç bir qayda pozuntusu etməmişəm. Lakin Qazaxıstanda yaşamağıma baxmayaraq Qazaxstanda olduğum dönəmdə tanımadığım və bilmədiyim maşınla cərimələnməyim mənə çox təəccüblü gəldi. Xarici pasportum vasitəsilə həmin vaxt Azərbaycanda olmamağımı sübut etmək üçün əlimdə əsas var".
Rəşad Əlizadə onu da bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın Qazaxıstandakı səfirliyi vasitəsilə Dövlət Yol Polisi İdarəsini məhkəməyə vermək qərarına gəlib. "Bu cərimə bu ay yazılıb. Mənsə 4 aydır Bakıda yoxam. Və ən əsası da 99 GX 207 nömrəli maşını tanımıram. Keçmiş maşınım olsa, bu, mümkündür. Amma bu maşınla heç bir əlaqəm yoxdur".
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev sözügedən sayta bildirdi ki, həmin vətəndaşın müraciəti ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, sözügedən avtomobillə bağlı 2014-cü ildə Rəşad Əlizadəyə etibarnamə verilib: "Həmin vətəndaş Xaçmaz şəhərində qeydiyyatdadır və ona verilmiş etibarnamə 2020-ci illədək qüvvədədir. Həmin avtomobillə bağlı başqa şəxslərə də etibarnamə verilib. Lakin onlar ləğv edilib. Rəşad Əlizadəyə verilmiş etibarnamə isə qüvvədə olduğu üçün cərimə ona yazılıb".
Kamran Əliyev bildirib ki, əgər vətəndaş yazılmış cərimədən narazıdırsa və bu xətanın onun tərəfindən törədilmədiyini deyirsə, bu halda Baş Dövlət Yol Polis İdarəsinə elektron müraciət etmək kifayət edər: "Biz də məsələni araşdırıb müvafiq tədbir görəcəyik və cərimə başqa şəxsin adına yönləndiriləcək. Bunun üçün əgər vətəndaş xaricdədirsə, bizə elektron qaydada müraciət edə bilər".