Arzuxan Əlizadə: «Çox güman ki, bundan sonra Qərbin sərhədlərin açılması ilə bağlı Türkiyəyə təzyiqləri bir az da artacaq»
«Əvvəlcədən də gözlənildiyi kimi, sözügedən qətnamə siyasi xarakterlidir»
Məlum olduğu kimi, aprelin 15-də Avropa Parlamenti 1915-ci il hadisələrinin «soyqırım» kimi tanınmasını nəzərdə tutan layihəni qəbul edib. Belə ki, AP-də 1915-ci il hadisələri müzakirə olunub. Keçirilən səsvermədə erməni layihəsi qəbul edilib, 1915-ci il hadisələri «soyqırım» kimi tanınıb.
Layihəyə əsasən, Türkiyə 1915-ci il hadisələrini «soyqırım» olaraq tanımalı və arxivləri açmalıdır.
AP-nin qəbul etdiyi qətnamənin 4-cü bəndi Azərbaycanın milli maraqları və milli təhlükəsizliyi ilə də bilavasitə bağlıdır. Beləliklə, həmin qətnamə Türkiyə ilə yanaşı, həm də Azərbaycana qarşı yönəlib. Məsələ ondadır ki, orada sərhədlərin şərtsiz açılması öz əksini tapıb. Qətnamənin 4-cü bəndində deyilir ki, Türkiyə heç bir ilkin şərt irəli sürmədən Ermənistanla sərhədləri açmalıdır. Yəni AP faktiki olaraq rəsmi Ankaraya Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı faktına məhəl qoymamağı tövsiyə edir.
Göründüyü kimi, AP təkcə qondarma «soyqırımı» məsələsi ilə kifayətlənməyərək, digər incə məsələlərdə də erməni təəssübünü çəkməkdən çəkinməyib. Heç şübhəsiz ki, sərhədlərin açılması məsələsində AP-nin irəli sürdüyü şərt erməniləri daha da ruhlandıracaq. Bu da, öz növbəsində, Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda qarşı tərəfin daha radikal mövqe sərgiləməsinə gətirib çıxaracaq.
AP Türkiyə-Ermənistan sərhədlərinin açılmasını Qarabağ problemi ilə əlaqələndirmək istəmir ki, bu da Azərbaycanın haqq mövqeyinə böyük düşmənçilikdir.
Sözügedən məsələ ilə bağlı fikirlərini «Bakı-Xəbər»lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bədnam qətnamədə sərhəd məsələsinin qabardılması gözlənilən idi: «Əvvəla qəbul olunan qətnamə tamamilə qərəzli və əsassızdır. Burada əsaslı heç bir fakt göstərilməyib. Əvvəlcədən də gözlənildiyi kimi, sözügedən qətnamə siyasi xarakterlidir. Zatən, bunun belə olacağı təxmin olunurdu. Sərhədlərin açılması məsələsinə gəldikdə isə, qətnamədə belə bir məqamın öz əksini tapması təəccüblü deyil. Hamımızın yaxşı xatirindədir ki, 2009-cu ilin oktyabrında Türkiyə ilə Ermənistan arasında imzalanan Sürix protokollarının ərsəyə gəlməsində aparıcı Avropa dövlətlərinin müstəsna rolu olmuşdu, xüsusən də Fransanın. Ancaq Azərbaycanın məsələyə kəskin müqaviməti və Türkiyə ictimaiyyətinin bunu qınaqla qarşılaması o zaman bunun reallaşmasına imkan vermədi. Buna rəğmən, sözügedən məsələ tamamilə gündəmdən çıxmadı. Dəfələrlə müxtəlif səviyyələrdə müəyyən dairələr Türkiyə-Ermənistan sərhədlərinin açılmasına səy göstərdi. Ancaq iki ölkə arasında sıx qarşılıqlı dostluq buna imkan vermədi. Çox güman ki, bundan sonra Qərbin sərhədlərin açılması ilə bağlı Türkiyəyə təzyiqləri bir az da artacaq. Ona görə də prosesləri son dərəcə dərin təhlil edərək həll yolları üzərində düşünmək lazımdır».
Vidadi ORDAHALLI