Dünən Bakıda Azərbaycan-İran biznes forumu keçirilib. Forum Heydər
Əliyev Mərkəzində baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes
forumda iştirak ediblər. Dövlət başçıları biznes forumda nitq
söyləyiblər.
Sonra biznes forum Azərbaycan və İran iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakıda dünən bir sıra rəsmi görüşlər keçirib. Ruhanin Bakıya səfəri başa çatıb.
Qeyd edək ki, Həsən Ruhani ilə İlham Əliyevdə görüşlərdən sonra, prezidentlər mətbuata birgə bəyanatla çıxış ediblər.

Ruhaninin səfəri nəyi dəyişəcək? Bundan sonra İranın Ermənistanla münasibətlərinə yenidən baxması mümkündürmü?
Siyasi ekspert Əli Orucov vurğuladı ki, İranın xarici siyasətinin ana
xəttini İranın milli və dövlət maraqlarının qorunmsıdır: "Müstəqil
Azərbaycan dövlətinin varlığı isə fars rejiminin maraqları xaricindədir.
İranın imkanı olsa Azərbaycana ən böyük təhlükəni törədərdi. Lakin
beynəlxalq vəizyyət və indiki şərtlər Tehranın beynəlxalq aləmlə, eləcə
də Bakı ilə yumşaq siyasət yeritməyə məcbur edir. Ermənistanla İran
strateji müttəfiqlərdir və Azərbaycanla bağlı məslələrdə üst-üstə düşən
məqamlar kifayət qədərdi. Ona görə də hər hansı bir səfərlə İranın
siyasətinin ana xəttinin dəyişməsinə və şovinist planlarından
daşınmasına səbəb ola bilməz”.