Rusiya və Türkiyəsiz olmaz

Suriya konfliktinin həlli Rusiyanın iştirakı olmadan mümkünsüzdür.

Axar.az xəbər verir ki, bunu "Bild” qəzetinə müsahibəsində Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer söyləyib. Onun sözlərinə görə, İran, Səudiyyə Ərəbistanı və Türkiyə olmadan Suriyada sabitlik yaranmayacaq.

Qeyd edək ki, Ştaynmayer bundan öncə Rusiya ilə Türkiyə arasında hərbi ittifaqın yaranmayacağını bildirib.