Rüşvətin tası, hörməti qalxıb

Azərbaycan cəmiyyətinin çox qəribə, spessfik bir xüsusiyyəti var. Oturanda-duranda, xeyirdə-şərdə və sair yerlərdə bütün dünyanı müzakirə edirlər, planetin istənilən nöqtəsindən xəbər verir, elə şeylər proqnozlaşdırılar ki, adam lap matt-məttəl qalır. Güya Azərbaycanda müzakirəyə çıxarılası problem-zad yoxdur. Kivlərimiz, sosial şəbəkə fəalları da eynən irandan-turandan, okeanın o başından bu başından yazır, Azərbaycana gələndə isə nələrə diqqət ayrırlar? Filankəs filankəsi zorladı, filankəs soyundu, poza verdi. Filankəsin filan qədər pulu var və s. Sanki bilərəkdən hansı qüvvələrsə, kimlərsə insanların həm zövqlərinin, həm düşüncələrinin, həm də ağıllarının korlanmasını sürətləndirir. Bunu kütləviləşdirir. Heç əhəmiyyət kəsb etmə sıralamasında 100, hətta, 1001-ci yerdə olmayan mövzular çox sürətlə ön plana çıxarılır. Görün nə vəziyyət yaranıb ki, Maral Tahir qızı adlı zad Azərbaycan mətbuatının və soisial şəbəkə istifadəçilərinin 1 saylı mövzusu olub. Bəyəm zövqlər və baxışlar bu qədər korşalıb?

Lap müsiqi təhsili almayan müsiqiçilərdən ibarət orkestri xatırladır. Biri nəsə zurnada mızılatdısa ardınca yamsılama başlayır. Evinin içinədək gəlib çıxır bu qarmaqarışıq, bərbad halda olan orkestrdə ifa edilən əcaib, lüzümsüz, baş-beyin aparan səs. Bu gün məmləkət üçün çox aktual olan məsələlər qalıb kənarda. Ölkənin fəal vətəndaşlarının yarsını salıblar içəri, haqqa nahaqlar divan tutur, bütün hakimiyyət qollarında rüşvət və talançılıq mexanizmləri öz işini görür, rüşvət, korrupsiya baş alıb gedir, əhalinin gün-güzaranı göy əksiyə bükülüb, kasıb təbəqə ayaqlar altında qalıb, terror və zorakılıqlara qarşı zorakılıq təhlükələri artmaqdadır, gələcəyə və həyatının zəhərə dönməsindən intihar hallarının artması, israfçılıq, talançılıq və s kimi heqativ hallar qalıb qıraqda, bir dəli quyuya bir daş atır cəmiyyətin üzdə olanları, "qaymaqaları” oturub baş sındırırlar ki, görəsən bu dəli quyuya niyə daş atdı?!

İsrafçılıqdan söz düşmüşkən, hakimiyyət baş qatmaq üçün cəmiyyətin müzakirəsinə sırıdı ki, bəs toy və yas mərasimlərində israfçlığın qarşısını alınmalıdr. Hamının ürəyincə və hamının maraqlarına cavab verən bir problem atılmışdı ortaya. Bir-iki yerdə də bunun görüntüsünü yaratdılar. bəzi yas məclislərinə məmurların qaydasız-qanunsuz basıqısı da oldu. Yenə qazan kasıb-küsubun başında çatladıldı. Eynən "ərəb baharı”ndan sonra hakimiyyətin korrupsiyaya və rüşvətə qarşı elan elədiyi kampaniya xarakterli "müharibə” kimi. Bir-iki yetim-yesiri basdılar içəri, üç-dördünün pulunu-parasını yağmaladılar, bir neçəsini işdən çıxarıb yerini pula satdılar. Bununla güya ölkədə korrupsiyaya və rüşvətə son qoyuldu. Əksinə rüşvətin tası, hörməti və nüfuzu qalxdı. İndi xırda-para hörmətə yiyə duran yoxdur. İsrafçılıqla bağlı mübarizə adı altında bir neçə kasıb-küsubun süfrəsini duz-şörəksiz, məclisini ehsansız qoydular. Ölkənin baş mollabaşısı Şeyx həzrətləri bəyəm ölüb ki, onun "polyasına” girib, biznesinə müdaxilə olunsun? Bilirsiz bu Bəylər Əyyubovun "banan” bazarına müdaxilə etmək kimi bir şeydir.

Azərbaycanda hər şey monopoliyayadır. Hətta ölülərimiz də. Şeyxin hörmətli deputat qardaşı Cavanşır Paşazadə demişkən, kimin nə həddinədir? Bir lətifədə deyildiyi kimi dirilər Ramil Usubovla, Zakir Qaralovun, amma ölülərdə işiniz olmasın. Bu QMİ-nindir. Bilməyənlərə bunu əzəmətlı və qüdrətli şeyximiz başa saldı. Bundan əvvəlikləri də başa salmağa çalışdı. Amma nə yazıqlar ki, başa düşmək istəməyənlər vəzifələrindən düşürüldülər.

Yeri gəlmişkən Mübariz Qurbanlının Dini Komitəyə sədr gəlməsi çox düzgün və dahiyanə seçim idi. Çünki bizdə dəbdədir mollaların və din adamlarının çoxu əvvəl müxtəlif peşə sahibləri olublar. Məsələn, KAMAZ sürücüsü, orta məktəb müəllimi, əvvəllər avaraçılıqla məşğul olanlar və s. YAP icra katibinin müavinin də artıq yaşı o yaş deyil ki, daha deputat olsun. Mübariz müəllim həm də əvvəllər müəllim olub.

Nə isə mövzudan uzaqlaşmayaq. Əgər doğrudan da, israfçılıqlığın qarşısını almaq istəyisinizsə öncə Bakı şəhərinin meri Hacıbala Abutalıbovdan başlayın ki, dövlətin vəsaiti hesabına binanı əsaslı təmir etdirib 3 aydan sonra yerlə yeksan etdirməsinə, işıq dirəklərini ayda bir dəfə dəyişdirilməsinə, üzlük daşın üzərındən yenidən üzlük daşlarının vurulmasına, yeri gəldi-gəlmədi küçələrin mərmər döşəmələrlə təkrar-təkrar əvəzlənməsinə və s-yə son qoysun.

Yaxud Nəqliyyat Naziri Z.Məmmədovdan ki, goreşən kimi təzəcə təmirdən çıxmış küçə və prospektləri yenidən dağıdılmasının, körpü və keçidlərin qısa zamanda təkarar təmirə dayandırılmasının, yol çəkılişi adı altında milyardlarla vəsaitin mənimsənilməsinə yol verilməsin. Səhiyyə Naxzirliyindən ki xəstələrə əzrail kəsilməsin və s.

Toyxanalardan da başlamaq olardı. Lakin bunlar baş vermədi. Baş verə də bilməzdi. Çünki bunların hamısı iri məmurların özlərinə, öz maraqlarına aiddir axı. Bizim pullarımızı israfçılıqla xəcləyirlər, talan edirlər. Niyə? Ona görə ki, yeməyənin malını-mülkünü, pulunu yeyib üstündən də su içərlər. Sahibi olmayan pulu-paranı kim xərcləməz ki? Baxın, müzakirə ediləcək mövzular bunlardır.

Qarabağ artıq de-fakto əldən gedib. Gündə də bir ölkə bu qondarma rejimin müstəilliyini tanımaqdadır. Azərbaycan tərəfi isə ATƏT Minsq Qrupunu, beynəlxalq təşkilatları tənqid etməklə, hərdən bir cəmiyyət qarşısında müharibə ritorikası səsləndirməklə işini bitmiş hesab edir. Nə də xoşa gəlmirsə, sərf etmirsə, eyb-eybəcərlikləri də erməninin üzərinə atırlar vəssalam.

Dünyanı lərzəyə salan terror qulaqımızın dibinə yaxınlaşır, regionda, dünyada proseslər getdikcə daha mürəkkəb xarakter alır, məmləkət, ona-buna peşkəş edilib biz hələ S.Novruzovun sərsəmləmələrinə diqqət kəsilirik. "Obama gərək Azərbaycan qanunlarını oxuyaydı”. Sözün bitdiyi, qurtardığı yer bax buna deyirlər. Naxırçı İman da bundan yaxşı cavab verərdi. Azərbaycanın müqəddəs əstafürüllah hər biri quran ayəsi olan qanunlarını bilməmək o boyda ABŞ prezidentinin ifşasına səbəb oldu. Güya özləri qanun qalsın bir yana, müqəddəs dinimizə, imanımıza, quranımıza bu qədər hörmətlə yanaşırlar. Hay... hay. Azərbaycanın anasını ağlar qoyublar. Qalır dəsmal götürüb ağı deyib ağlamaq. "Caan... caan.... Azərbaycan caan...