Səlibçilərin təcavüzü

Azərbaycan, Azərbaycan türklərinin məskənidir. Başqa xalqların nümayəndələrinə özündən daha çox hörmət edən Azərbaycan türklərinin də, onlarla qaynayıb qarışan başqa Azərbaycan vətəndaşlarının da özünəməxsus, bəşəri məzmunu ilə seçilən mədəniyyəti, həyat tərzi vardır. Burada kişi özünü qadına, həm də küçə qadınına bənzətməz. Bu yurdun kişiləri mərdliyi, vətənpərvərliyi, mədəniyyətinə, soykökünə sədaqəti, yüksək etikası, böyük, kiçik saymağı, qadının yanında səviyyəsini gözləməsi ilə seçilirlər. Bu yurdun qadınları ağbirçək yanında, kişi yanında ucadan danışmazlar. Geyim-kecimlərinə fikir verərdilər. Abır həyaları olar. Orta əsrlərin Afrika yamyamları, yaxud Avropa vampirləri kimi televiziyaya çıxıb bədənlərini reklam eləməzlər. Hələ abır həyalı qadınlara küçə qadını kimi geyinməyin "nümunə” olduğunu nümayiş etdirməzlər.

Azərbaycan telekanallarının heç biri Azərbaycan xalqına xidmət etmir. Xüsusilə, "ATV” kanalına baxanda adam özünü mənəvi cəhətdən alçalmış hesab etdiyindən mən bu kanaldan sadəcə olaraq iyrənirəm.

Bir gün 28 mart, təxminən saat 1630-da bu kanala baxdım. Kaş baxmayaydım. Səhnədə gözəl dəblə, amma ədəbli geyinmiş bir xanım nümayiş etdirilirdi. Bəs bu gözəl geyinmiş qıza münsiflik edənlər kimlərdir. "Bəyənmədim”, "bəyənmədim” deyən kişi cinsindən olan bir nəfər özünü elə şəklə salıb ki, kişiliyi, qadınlığı çətin seçilir. Qadın kimi əzilib, büzülməyinə, səsinin tonuna qulaq asanda adamın ürəyi bulanır. Qadınlardan biri yarıçılpaq mini yubkada elə əyləşib ki, özünü reklam eləyir. Digəri də eybəcər geyinib. Hər ikisi rəngin içərisinə batıb özlərini eybəcər şəklə salıblar. Elə vəziyyətdədirlər ki, bir anlıq özümü orta əsrlər Afrika yamyamlarının qarşısında hiss etdim. Mənə elə gəldi ki, bu saat bu qadınlar ekrandan çıxıb məni yeyəcəklər.

Ən dəhşətlisi isə o oldu ki, bu əcaib məxluqlar o gözəllikdə qızı və onun gözəl geyimini bəyənmədilər və qızı pisikdirdilər. Əlbəttə onlara özləri səviyyəsində adamlar lazımdır. Normal görkəmdə insanlar yox. Belələri Azərbaycan xalqını təhqir edirlər. Daha doğrusu onları efirə buraxıb Azərbaycan xalqına qarşı mənəvi soyqırım tətbiq edən televiziya kanalları.

Mənəviyyatımıza zidd hər hansı hərəkətə yol verən, milli mentalitetimizə yad ədəbsiz geyinən yaxud danışanları televiziya kanalına buraxanlar millətə və dövlətə xəyanət edirlər. Onların arxasında dayanıb millətə qarşı cinayət törədənlərin nə zamansa cavab verəcəyinə əminəm.

Xainlərin cəzasını Allah özü versin.

AMİN!