Təkcə ötən il 3 ölkə ilə ticarətdə 1.6 milyardlıq korrupsiya baş verib
Ölkənin əsas bəlasına çevrilən korrupsiya və rüşvətin dövlət aparatının çürüməsinə və büdcədən milyardlarla vəsaitin yayınmasına səbəb olduğu bir faktdır. Məsələn, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad Ibadoğlu daha bir maraqlı araşdırma ortaya qoyub. Məlum olub ki, keçən il üçün 3 ölkə ilə ticarətdə gömrükdə gizlədilən vəsait 1.6 milyard dollar təşkil edib. Q.Ibadoğlu qeyd edib ki, güzgü statistikası metodologiyası üzrə Azərbaycanın 15 tərəfdaş ölkəsi ilə 2008-ci ildən başladılan araşdırma bu il də davam edir:
"Ötən ilin başa çatmasından az vaxt geçdiyinə görə, tədqiqata cəlb olunan bütün ölkələr üzrə məlumatlat tam hazır deyildir. Hələ ki, comtrade.un.org/data/, trademap.org ÿbeynəlxalq ticarət statistik bazasının məlumatları əsasında Rusiya və Gürcüstanın, TÜIK-in ”Dış Ticaret Istatistiklerinin en çok ihracat yapılan 20 ülke” üzrə hesabatı bazasında isə Türkiyənin Azərbaycana ixracat məlumatlarını toplamaq mümkün oldu. Adı çəkilən mənbələrdə hər 3 ölkənin Azərbaycana ixracat göstəriciləri ilə Azərbayan Dövlət Gömrük Komitəsinin (DGK) həmin ölkələrdən idxal əməliyyatları ilə bağlı göstəricilərini müqayisə edəndə bəlli oldu ki, ötən illərin tendensiyası azalma ilə olsa da böhran ilində də davam edib”.
Q.Ibadoğlu araşdırmanın nəticələrini öz facebook statusunda paylaşıb. Güzgü metodologiyası ilə xarici ticarət statisikasının müqayisəsi göstərdi ki, 2015-ci ildə:
1) Rusiya Azərbaycana 2 milyard 243 milyon 135 min dollarlıq mal göndərib, Azərbaycan DGK-nın rəsmi bülletenində göstərilir ki, ölkəmizə Rusiyadan 1 milyard 437 milyon 901 min dollarlıq mal daxil olub. Bir-birinə yaxın olmalı bu 2 eyni göstərici arasında fərq 805 milyon 234 min dollardır. Bu onu göstərir ki, ötən il Rusiya ilə idxal əməliyyatının 64,1 faizi qeydə alınıb, yəni bu ölkə ilə idxal əməliyyatları üzrə 3 dollarlıq malın 2 dolları rəsmiləşdirilib.
2) Türkiyə Azərbaycana 1 milyard 899 milyon 508 min dollarlıq mal göndərib, Azərbaycan DGK-nin rəsmi bülletenində göstərilir ki, ölkəmizə Türkiyədən 1 milyard 171 milyon 385 min dollarlıq mal daxil olub. Bir-birinə yaxın olmalı bu 2 eyni göstərici arasında fərq 728 milyon 123 min dollardır. Bu onu göstərir ki, ötən il Türkiyə ilə idxal əməliyyatının 61,7 faizi qeydə alınıb, yəni bu ölkə ilə idxal əməliyyatları üzrə hər 3 dollarlıq malın 2 dolları rəsmiləşdirilib.
3) Gürcüstan Azərbaycana 124 milyon 160 min dollarlıq mal göndərib, Azərbaycan DGK-nin rəsmi bülletenində göstərilir ki, ölkəmizə Gürcüstandan 67 milyon 992 min dollarlıq mal daxil olub. Bir-birinə yaxın olmalı bu 2 eyni göstərici arasında fərq 56 milyon 268 min dollardır. Bu onu göstərir ki, ötən il Gürcüstan ilə idxal əməliyyatının 61,7 faizi qeydə alınıb, yəni bu ölkə ilə idxal əməliyyatları üzrə hər 2 dollarlıq malın 1 dolları rəsmiləşdirilib.
Beləliklə də, Azərbaycanın idxal əməliyatlarının 3 ölkə üzrə güzgü metodologiyası üzrə gömrük statistikasının təhlili göstərdi ki, 2015-ci ildə bu ölkələr üzrə bütövlükdə 1 milyard 589 milyon 625 min dollardır.
Onu da qeyd edək ki, eyni metodika ilə aparılan araşdırmanın bundan əvvəlki nəticələri də dəhşətli rəqəmləri üzə çıxarmışdı. Məlum olmuşdu ki, son 6 il (2008-2013-cü illər) ərzində 15 ölkədən (Almaniya, Belarus, Çin, Macarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, ABŞ, Yaponiya, Böyük Britaniya, Cənubi Koreya, Iran, Israil və Fransadan) Azərbaycana 21 milyard 580 milyon dollar həcmində idxal malları statistik uçotdan yayındırılıb.
Vahid Məhərrəmov: "İdxal dəyərini süni olaraq aşağı endirməklə külli miqdarda vergidən yayınma və mənimsəmə hallarına yol verilir”
Bəs keçən il üçün 3 ölkə ilə münasibətlərdə yaranan 1.6 milyard fərqin necə faizi şəxsi ciblərə gedib? Bu vəsaitin büdcədən yayındırılması nəyin nəticəsində mümkün olub?
Ekspert Vahid Məhərrəmov bildirdi ki, iqtisadi Tədqiqatlar Mərkəzinin mütəxəssisləri uzun müddətdir ki, güzgü statistikası metodologiyası üzrə apardıqları araşdırmalar nəticəsində Azərbaycanın xarici ticarət statistikasında bir sıra ciddi nöqsanların olduğunu ortaya çıxarıblar. V.Məhərrəmovun sözlərinə görə, Azərbaycanla ticari əlaqələri olan ölkələrin ixrac statistik məlumatları ilə Azərbaycana idxal olan məhsulların dəyərində, həcmində qeyri-uyğunluq əmələ gəlir, çox ciddi fərqlər yaranır: "Ölkəyə gətirilən məhsulların idxal dəyəri bilərəkdən aşağı salındığı, sənədləşdirildiyi haqda faktlar aşkar olunmuş və mətbuat, televiziya vasitələri ilə ictimailəşdirilib. Çox məhdud imkanlar çərçivəsində apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, ölkəyə gətirilən diri heyvanlar, balıq, süd məhsulları, bitki yağı, kartof, qurudulmuş meyvələr və sair məhsullar dəyərindən dəfələrlə aşağı qiymətə sənədləşdirilərik vergidən yayınma, rüşvətxorluq hallarına yol verilib. Ölkələr üzrə 2015-ci ildə mühüm növ məhsulların idxalı haqda məlumatlar hazır olmadığı üçün 2014-cü ilin məlumatlarına əsasən apardığımız hesablamalar göstərdi ki, ölkəyə Gürcüstandan gətirilən bir baş iribuynuzlu heyvan dəyərindən 10 dəfə aşağı qiymətə 37 dollar 70 sentə sənədləşdirilib. Nəzərə almaq lazımdır ki, idxal dəyərinə alış qiyməti ilə yanaşı heyvanın nəqliyyatla daşınma, sığorta, gömrük rüsumu və sair xərclər də daxildir”.
V.Məhərrəmovun sözlərinə görə, Rusiyaya gəlincə, bu ölkədən idxal olunan ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxal dəyərində çox ciddi fərqlər yaranır. Rusiyadan MDB ölkələri üçün ixrac olunan təzə və dondurulmuş balıq məhsullarının hər kiloqramın ixrac qiyməti 3,05-3,73 dollar göstərilsə də, bu qrupdan olan mal bizim ölkə sərhəddinə çatan kimi 6 dəfə aşağı qiymətə dəyərləndirilərək sənədləşdirilib. Ölkəyə Rusiyadan gətirilən kartofun ixrac dəyəri 7-10 dollar olduğu halda, həmin qiyməti 2 dəfə aşağı salınaraq 4 dollara sənədləşdiriblər, südün, qaymağın 3-4 dəfə, bitki yağının 2 dəfə qiymətləri endirilərək sənədləşdirilib: "Digər ölkələrdən idxal olunan məhsulların da idxal iqiymətləri şübhə doğurur. Belə ki, Vyetnamdan, Islandiyadan, Çilidən ölkəmizə gətirilən balığın 1 kiloqramının idxal dəyəri 46-48 sentə sənədləşdirilib, Finlandiyadan idxal olunan kərə yağının 1 kiloqramının idxal dəyəri 80 sentə sənədləşdirilib. Danimarkadan idxal olunan pendir 67 sentə, Almaniyadan 71 sentə, Yeni Zellandiyadan idxal oluna pendir isə 51 sentə sənədləşdirilib. Rusiyadan idxal olunan düyünün 1 kiloqramı 20 sentə, Indoneziydan idxal olunan bitki yağının 1 kiloqramı 60 sentə sənədləşdirilib. Ölkəyə gətirilən quru meyvələrin də idxal qiymətlərində ciddi şübhələr var. Bəzi malların 1 kiloqramının idxal dəyərini 2014-cü ilin məzənnəsi ilə manatla təqdim edirəm: düyü 16 qəpik, kartof 2 qəpik yarım, quş əti 51-61 qəpik, süd və qaymaq 60 qəpik, qabıqlı şabalıd 37 qəpik, qabığı təmizlənmiş badam 35 qəpik, qabığı təmizlənmiş qoz 75 qəpik, ananas (təzə və ya qurudulmuş) 23 qəpik, qurudulmuş qara gavalı 33 qəpik, qurudulmuş üzüm 37 qəpik, təzə üzüm, portağal (təzə) 24 qəpik, alma 24 qəpik, armud 26 qəpik, qabıqlı püstə 95 qəpik, qabıqlı şabalıd 37 qəpik, keşyü fındığı (qabığı təmizlənmiş) 37 qəpik və sair…”
V.Məhərrəmov onu da qeyd etdi ki, malların idxal dəyərinin süni olaraq aşağı salınması ilə bağlı açıqlamalardan sonra adı çəkilən malların say və çəki göstəricilərində ciddi azalmalar müşahidə olunur. "Bu da, Qubad Ibadoğlu dediyi kimi, ”idxal əməliyyatları üzrə hər 2 dollarlıq malın 1 dolları rəsmiləşdirilir”. Mal qrupları üzrə idxal, ixrac qiymətlərində fərq kəskin dəyişdiyi üçün mənimsəmənin miqyasını müəyyən etmək çətindir. Ancaq dəqiq rəqəmlər əldə etməklə bu hesablamanı aparmaq mümkündür. Təəssüflər olsun ki, məlumat bazasının qəliz olması müəyyən problemlər yaradır. Apardığımız araşdırmalar göstərir ki, bütün ölkələrdən gətirilən malların idxal dəyərinin süni olaraq aşağı endirməklə külli miqdarda vergidən yayınma və mənimsəmə hallarına yol verilir”, deyə V.Məhərrəmov vurğuladı.