Hər bir azərbaycanlıya məlumdur ki, Rusiyada təşkil olunan festivalda Azərbaycan komandasının “Şuşa” adı dəyişdirilib. Bu da heç də yaxşı olmayan hadisələrə start verilməsindən xəbər verir.
Bu barədə Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova da öz Facebook səhvəsində yazı yazıb. Müasir Müsavat Partiyasının sədr müavini hadisəni kəskin pisləyib və öz reaksiyasını bildirib.
Mİllət.az Könül İsmayılovanın statusunu təqdim edir:
“Rusiyanın Soçi şəhərində keçirilən 33-cü beynəlxalq Şən və Hazırcavablar Klubu, “KVN” adlandırdığımız yarışda iştirak edən “Şuşa” adlı Azərbaycan komandası adını dəyişdirib. “KVN” komandası məhz Aleksandr Maslyakovun tələbi ilə bu addımı atıb. Yəni ermənilərin narazılığı ilə yarış rəhbərliyi Azərbaycan komandasına adını dəyişməyi təklif edib. Bundan sonra komandaya “Şuşa” yox, “Buta” adı verilib.
Bu xəbər hər bir azərbaycanlıda hiddət doğuran xəbər oldu. Düşünürəm ki, həmin tədbir yersiz və Azərbaycanın bu gün ki imicinə mənfi çalarlar qatan bir hadisədir. Belə ki, güclü dövlətin ərazisi olan Şuşa şəhərinin festivalda adının dəyişdirilməsi qətiyyən yol verilməz haldır. Bu 44 günlük müharibədə qan bahasına qazandıgımız qələbəyə kölgə salmaqdır. Həmin tədbirin təşkilatçıları üçün utancverici hadisədir. Şuşa bizimdir, hər hansı erməni dığasının təkidinə asanlıqla təslim olmaq acizlik əlamətidir. Bu hadisəni pisləyirəm. Ən yaxşı yolu həmin anda etiraz əlaməti olaraq festivalı yarıda qoyub vətənə dönmək idi”.