"Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru Taleh Şahsuvarlı Daxili İşlər naziri Ramil Usubova şikayət ərizəsi ilə müraciət edib. Bu barədə tanınmış jurnalist özü məlumat məlumat verib.
Taleh Şahsuvarlı bildirib ki, onun Azərbaycan Prezidenti İlham Əliyevi öz yazılarında və sosial şəbəkələrdə ardıcıl və prinsipial şəkildə müdafiə etməsi, bir media nümayəndəsi olaraq gündəmin aktual məsələləri ilə bağlı dövlətin mənafeyinə və vətəndaş cəmiyyətinin inkişafına xidmət edən açıqlamaları hansısa şəxsləri ciddi şəkildə narahat edib: "Məhz bu narahatçılığın nəticəsidir ki, hansısa psixoloji problemləri olan şəxs və ya şəxslər Facebook sosial şəbəkəsində əleyhimə saxta səhifə açıblar. Həmin səhifədə şərəf və ləyaqətim təhqir edir işgüzar nüfuzuma ləkə salmağa çalışırlar. Bu zaman sosial şəbəkədəki şəxsi hesabımda paylaşdığım, Facebook-un son qaydalarına görə izacəm olmadan yayınlanması yasaq olan fotolarımdan da qara PR üçün istifadə edilir.”
Taleh Şahsuvarlı Daxili İşlər nazirinə ünvanlandığı şikayət məktubunda həmin saxta və təhqiramiz səhifənin yaradıcılarının aşkarlanaraq cəzalandırılmasını xahiş edib.
"Ümid edirəm ki, hörmətli Ramil Usubov bu məsələni cox ciddi şəkildə diqqətdə saxlayacaq və həmin şəxslər üzə çıxarılaraq cəzalanacaq”- deyə jurnalist fikrini tamamlayıb.