Tanınmış vəkil Fuad Ağayev Mədət Quliyevə ərizə yazıb

Tanınmış vəkil Fuad Ağayev Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə şikayət ərizəsi yazıb. Feysbuk səhifəsində paylaşdığı həmin ərizədə deyilir:”

Hörmətli Mədət müəllim!

Avropa İnsan Hüquqları Məhkəməsinin 22 may 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, onun İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 5, 6 və 18-ci maddələri ilə nəzərdə tutulmuş hüquqları pozulmuş, o, qanuni məqsədlər üçün deyil, o, hökumətin gizlətməyə cəhd göstərdiyi məlumatı yaydığına görə onu susdurmaq ya da cəzalandırmaq üçün azadlıqdan məhrum edilmişdir. Göstərilən qərardan Azərbaycan Hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasına müraciəti baxışa qəbul edilməmiş, 22 may 2014-cü il tarixli qərar 13 oktyabr 2014-cü il tarixində qəti olmuşdur. Həmin vaxtdan İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsinə əsasən Azərbaycan Respublikası bu qərarın icrası üçün məsuliyyət daşımaqdadır.

2014-cü il dekabrın 4-də Avropa Şurasının Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxılmışdır. Nazirlər Komitəsi bununla bağlı qəbul etdiyi qərarında cinayət qanunvericiliyinin ifadə azadlığının məhdudlaşdırılması üçün tətbiqinin Azərbaycanda ümumi problem olmasını xatırlatmış, hakimiyyəti İlqar Məmmədovun təxirə salınmadan azadı edilməsinin təmin edilməsinə çağırmışdır.

Avropa Şurası Nazirlər Komitəsi 12 mart 2015-ci il tarixində keçirdiyi iclasında İlqar Məmmədovun Azərbaycana qarşı işi üzrə qətnamə (Interim Resolution CM/ResDH(2015)43) qəbul etmişdir. Nazirlər Komitəsi bir hada hakimiyyəti bundan sonrakı yubatmaya yol vermədən İlqar Məmmədovun azad etmə və müəyyən edilmiş pozuntuların nəticələrinin aradan qaldırılması üçün tədbirlər qəbul etməyə çağırmışdır.
Hüquqlarını müdafiə etdiyim İlqar Məmmədovun adından verdiyim kassasiya şikayəti hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin baxışındadır. Mən onu həm Avropa İnsan Hüquqları Məhkəməsində, həm Ali Məhkəmədə təmsil edirəm.

Bu səhər müdafiə taktikası məsələləri ilə bağlı İ. Məmmədovla görüşə getmək istədikdə, 2 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları bildirdilər ki, o 7 gün müddətinə «cərimə otağına» salınmışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 81-ci maddəsinə əsasən mənim müdafiəçi kimi İ.Məmmədovla say və müddəti məhdudlaşdırılmadan görüş hüququmun olması barəsində dediklərimdən heç bir nəticə hasil olmadı. Həmçinin bu tədbirin tətbiqi səbəbləri barədə də mənə heç bir məlumat verilmədi.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrası qaydasında çoxdan azad edilməli olan İ.Məmmədovun hüquqlarını bu şəkildə pozmaq, beynəlxalq birliyə meydan oxumaq, Azərbaycanın üzərinə götürmüş olduğu beynəlxalq-hüquqi öhdəliklər bir daha kobud şəkildə pozmaq deməkdir. Bununla bağlı olaraq onun hüquqlarının pozulmasına son qoyulmasını, təqsirli şəxslərin cəzalandırılmasıni zəruri hesab edirəm.