Rövşən Koroğlu
Dastanın baş qahramanın adı Rövşəndir. Rövşən fars dilində ışıqlı deməkdir. Rövşən sözünü ana səslərə qaytarsaq (r səsini çıxmaqla) Rabqan, ya da Raqqan alınar (bütün boğaz səslərinin anası q, dodaq səslərinsə b-dır.Yalnız v səsi, q və b səslərinin ortaq balasıdır. Buna görə də, v-nı ana səsə qaytaranda, q və b-ya bölünür). Rab(raq)-günəş, qan-ruh, ucalıq, doğum və törəmə deməkdir.Beləliklə, Rövşənin anlamı-oddan, günəşdən doğulmuş, törəmişdir. Bir çox tanrıların adları: qədim Misir tanrısı Ra, hind tanrısı Rama, ərəb dilində allahın sinonimi olan Rəbb, anlamlarına görə Rövşənlə eynidirlər (ləzgi dilində günəşə rağ deyirlər).Misir fironları Ramzeslərin adının anlamı-günəşdən törəmişdir (Ram-günəş, zes(əslində zat)-nəsil, törəmə).
Koroğlu sözünün anlamı ilkin baxışda hamıya aydındır. Alı vəsiyyətində dedi: "Get sənin adını Koroğlu qoydum”. Düşünmək olar ki, Alı korluğuna görə oğluna bu adı verib. Koroğlu özü haqqında belə deyir:
Adımı soruşsan bil Rövşən olu,
Atadan-babadan cinsim Koroğlu.
Türkiyə variantında deyir:
Qardaşlar düşünmən bəni,
Nəslim Koroğlu, Koroğlu.
Gəlmişim Çamlıbelindən,
Cinsim Koroğlu, Koroğlu.
Bunun anlamı nədir? Yuxarıda göstərdim ki, Alının korluğu onun ölüm dünyasının tanrısı (Allah) olmasıyla bağlıdır.Koroğlunun variantlarından biri, dunyanın və kayınatın yaradıcısı tanrı Qaraxanın oğludur. Qara sözünün kökü qarın anlamı oddur. Deməli, qara oddan doğulmuş deməkdir. Aydınlaşır ki, ışıq qaranlıqdan doğduğu kimi, qaranlıq da ışıqdan doğur. Qədim bir tapmaca bu fikri təsdiqləyir:
Qara xanın qarnı yarıq,
İçi dolu qızıl balıq, cavabı...
Kayınat və ulduzlar (söyləni Fərzulla Hatəmi).
Alı Rövşəni bütün dərdlərin davası olan, canlılara böyük güc verən suyu gətirmək üçün Qoşabulaq adlı yerə göndərdi. Batıdan və Doğudan gələn iki ulduzun toqquşmasından bulaqlar qaynadı. Rövşən sudan bir qab götürüb başına tökdü və bir qab içdi. Yenə bir qab götürmək istəyəndə gördü kü, bulaq durulub və o kor-peşman geri qayıtmalı oldu. Buradan sual doğur: Niyə Rövşən birinci özü içdi və yuyundu, sonra atası üçün götürmək istədi? Axı o birinci xəstə atasını, sonra özünü düşünməliydi. Doğrudanmı onun nəfsi belə güclüydü? Aydın olur ku, Alı (Allah) yerini Rövşənə-Koroğluya verərək, öz yurduna, qaranlıq ölüm dunyasına qayıtmalıydı. Koroğlu Tanrı Qaraxanın, ya da Allahın oğlu olmasından asılı olmayaraq qordan-oddan-ışıqdan doğulmuşdur. Bununla da görünür kü, Koroğlu Rövşənin nə yeni adı, nə də ayamasıdır. Koroğlu onun soyadıdır. Dastanın nə A.Xodzqo, nə də M.H.Təhmasib variantında Koroğlunun anası haqqında malumat verilmir. Amma türkmən variantının adı "Qöroğlı (Goroğlu)”-dır. Bu adı ona gorda, ölü qadından doğulduğuyçun vermişdilər. Burda Koroğlunun atasının ölüm tanrısı-Allah olması yada düşür. Çünkü Allah qaranlıq ölüm dunyasının olduğu kimi, gorların da ağasıdır.
Goroğlunu anasına görə bioloji varlıq sayırdılar. "Goroqlının öylenişi (Goroğlunun evlənməsi)” boyunda Goroğlunu görüb sevən, ona ərə getmək istəyən Ağayunus Pəriyə dayası dəlil-dalalat edib deyir: "Qepimizi aytsaq, sen perizad, ol bolsa adamızat Perizadınq aslı otdan adamzadınq aslı torpaqdan bolar. Senq özün otdan bolup, aslı torpaqdan bolan adamzada özünqi rova göryərsinq? Sanqa öz jinsindən munasıp tapılmadımı?” Cavabında Ağayunus Pəri: "Yox, mamajan, aslı torpaq xem bolsa, gözümə otdan issi görünyər” (orda səh.13). Burda görünür kü, daya Goroğlunun qiymətini anasına görə verir və atasının kimliyini nəzərə almır. Dastanın tacik variantı "Qurqulu” adlanır. Qur-od, qulu-oğlu deməkdir. Qurqulu qədim Elladanın mifiq qahramanı Heraqlı yadımıza salır. Heraqlı romalılar Herqules adlandırırdılar. Çevirmənlər Heraqlı dilimizə "şöhrətlənmiş qahraman” kimi çevirsələr də, Heraqlın-Herqulesin anlamı-qoroğludur, odoğludur (Her/ger)-qor, od; aql, qules-oğul). Heraqlın atası-ölüm tanrılarının başçısı, od və yıldırım tanrısı Zevs, anası Fivanın şahı Amfitrionun arvadı Alqımenaydı. Burdan görünür kü, Ata-Göydür, Ana-torpaq, Ata ruh verir, Ana cisim. Koroğlu da, Heraql da "Tövrat”da və "Quran”da yazılan Adam da, Isa da ruhla cismi özlərində birləşdiriblər. Bu, İnsanın Tanrıdan törəməsinin, onun doğma balası olmasının ən böyük göstəricisidir. Burdan bir daha aydın olur ku, İnsan Tanrının balası olduğuyçun, özü də TANRIDIR, MÜTLƏQDİR, YARADICIDIR, MÜQƏDDƏSDİR, QUTSALDIR. Bayrağımızın göy rəngi-göyü, tanrını, Atanı; yaşıl rəngi-torpağı, Ananı; qırmızı rəng isə onların Aşqından, birləşməsindən yaranmış Canı, Hayatı və İnsanlığı təmsil edir. Görünür kü, Ulu Öndərimiz M.Ə.Rəsulzadə bu qədim nəzəriyyəni bilirmiş və Qutsal bayrağımızı yaradanda bu inancdan yararlanmışdır.
Qırat və Durat
At sözünün ilkin şəkli aqdır. Aq insanın danışıq dilinin özülü olan, 8 sözdən biridir: aq, qa, ab, ba və onların birləşməsi olan: qaq, qab, bab və baq. Anlamı-od və ışıqdır. At doğrudan da, odlu, güclü hayvandır. Hatta elmi işlərdə belə at gücündən yararlanırlar.
Qıratla, Duratın atası-su atı sehrli at olduğuyçun onlar böyük gücə yiyələnmişdilər. Bəzi araşdırmaçıların fikrincə, Qırat adı ona boz olduğuyçun verilib. Amma hər iki sözə baxanda görünür kü, qır və dur (dür təhrifdir) qur (qar) sözündən yaranıb. Atın erkəyi ayğır adlanır. Ayğırın anlamı-oddan törəmişdir. Alı atları qaranlıq tövlədə böyütməyə başladı. Bu nəyə lazımıydı? Nağıl və dastanlarımızda göstərilir ki, şahların uşaqları doğulanda 15 yaşına qədər qaranlıq otaqda yaşayaraq, günəş üzü görməzlərmiş.Bu cür durumda böyüyən oğlanlar çox qüvvətli və ağıllı olurmuşlar. Alı (Allah) atları öz dunyasının bir parçasında (qaranlıq tövlədə) böyütməklə ışığın qaranlıqdan doğduğunu göstərmişdir. Bəs onda niyə Durat Qırata nisbətən zəif oldu. Çünkü Rövşənin səbirsizliyinin nəticəsində vaxtsız düşən ışıq, Duratın nisbətən zəifləməsinə səbəb oldu. Bu həm də, Allahın qaranlıq dunyanın tanrısı olmasının daha bir təsdiqidir.
7777 dəli
Koroğlunun döyüşçüləri dəli adlanırdı. Dəli sözünün ilkin şəkli daqlay olub. Daq-od; lay-törəmə deməkdir. Dahi də, dəliylə eyni kökə və anlama bağlıdır. Sonralar daqlay, dalay və dəli şəkillərinə düşüb. Tibet ruhanılarının başçısı dalay lama adlanır. Bizim eldə bir məsəl var: "Aşığın sözü qurtaranda dalay-dalay deyər”, yəni dəlilik edər.
Gənc sözünün sinonimi dəliqanlıdır. Bu gəncliyin ruhlu, odlu və güclü olmasıyla bağlıdır.
A.Xodzqo variantında dəlilərin sayı 777, M.H.Təhmasib variantındasa 7770 verilib. Amma ən düzü odur ku, dəlilərin sayı 7777-dir. Maraqlı odur ku, dəlilər nə artır, nə də azalır. Axı onlar döyüşürlər. Döyüşdə ölüm-itim də olmalıdır, Koroğluya yeni qoşulanlar da. Bəs, onda niyə onlar ağır durumlara düşürlər, ancaq ölmürlər. Bununçun 7777 rəqəminə baxmaq lazımdır.
Dörd dənə yeddini birləşdirsək 28 alınar. 28 Qız qalasının hündürlüyüdür. 2 ilə 8-i birləşdirsək, 10 alınar. Qız qalası 10-a oxşayır. Bu da qalanın 12-ci yüzildə yox, minillər öncə tikilməsinin göstəricisidir. Ondan sıfırı götürsək, bir alınar. Bir-od, ışıq, ucalıq, bütövlük, ruh deməkdir. Əbəs deyil ki, bizdə qutsal sayılan yerlərə, ocaqla yanaşı pir deyirlər. P dodaq səsi olaraq, b-nın balasıdır. Beləliklə, Koroğlu və 7777 dəli Ucalığın, Bütövlüyün, Gücün, Ruhun, Birliyin və Ölməzliyin təmsilçiləridir.
Nigar
Dastanın asas obrazlarından biri, Koroğlunun arvadı Nigardır. Nigar fars dilində "gözəl, yaraşıqlı” deməkdir. Nigarın ilkin şəkli: naaqqardır. Naaqqar uca oddan törəmiş deməkdir. Naaqqardan, nigardan başqa; Niaqara, nağara, nadan, nökər, naxarar və niqa sözləri yaranıb. Sual doğur ku, bu sözlərin bir-biriylə nə ilgisi var?
Niaqara Qanadanın Toronto mahalında yerləşən axarsu (şalala)dur. Axarsu ucadan gələn odu (vulkan lavasını) xatırladır. Nağara uca səsli zərb musiqi alatıdır.
Nadar fars dilinin təsiriylə nadir şəklinə düşüb. Nadar adını heyif ki, yalnız gürcülər yaşadır. Nökər bizim fikirləşdiyimiz kimi xidmətçi demək deyil. Nökərlər cangüdən, yaraqdaş və döyüşçü idilər. Yalnız qüvvətli, döyüşkən adamları nökər götürürdülər. Naxarar qədim pəhləvi sözü sayılır. Qədimdə ermənilərdə yüksək zadagan rütbəsi sayılıb. Erməni dövlətçiliyi dağılandan sonra bütün zadagan rütbələri kimi naxarar da yox oldu və indi az saylı soyadlarda yaşayır. Niqa Olimpin uğur və zəfər tanrısıydı, romalılar onu Viqtoriya adlandırırdılar. Cilalanma nəticəsində nigardan r səsi düşüb və o söz Niqaya çevrilib.
Nigar xotkarın, yəni, sultanın qızıydı. Xotkar qat və qar sözlərindən yaranıb. Anlamı-uca oddan doğulandır. Nigarın xotkarın sarayındakı dəbdəbəli hayatı buraxıb Çənlibelə gəlməsi onun Uca Ruhunun göstəricisidir. Nigarın təkcə dışı yox, həm də içi gözəl idi. Hatta yaşlı vaxtında da, o nadar (az tapılan) gözəlliyini itirməmişdi. Nigar bütün dəlilərin anasıydı.Nigar dəlilərin qayğısına qalır, onları evləndirir, lazım gələndə qılınc götürüb, Koroğluyla yanaşı döyüşür, ona yaraqdaş, arxa, dayaq olurdu. Bir sözlə, Nigar Işıq, Ucalıq, Böyük Ruh daşıyıcısı, Çənlibelin Uğur və Zəfər rəmzidir.
Dəli Həsən
Dastanda Həsən adlı bir neçə adam var. Həsən xan, Hasan paşa və Dəli Həsən. Bu ad da, bir çox araşdırmaçılar tərəfindən dastanın orta yüzillərdə yaranmasının subutu kimi göstərilir.
Ərəb dilində Həsənin anlamı gözəldir. Həsən sözünü ilkin şəklinə qaytarsaq, qassan alınar. Bəzən rus dilində Həsən Qassan şəklində yazılır. Qas-od; san-yer, yurd, şan-şöhrət, doğum, törəmə deməkdir. İki s-nın birləşməsindən z yaranıb. Homerin İlliada poemasındakı Qassandra və "Dədə Qorqud”dakı Qazan xan, Həsənin ad kimi qədimliyinin göstəricisidir. Dilimizdəki xəzinə və rus dilindəki qazna sözləri, qassan və qazan sözlərindən yaranıb. Uzaq Doğuda nəinki ərəblərin, heç müsəlmanların ayağı dəyməyən yerdə Xasan adlı göl var.
Dəli Həsən güclü, odlu, alovlu bir bahadır idi. O, Koroğluyla dostlaşandan sonra yağmaçılıqla topladığı xəzinəni Koroğluya verir (xəzinənin olması onun adına uyğun idi). Dəli Həsən Çənlibeldə Koroğludan sonra ikinci adam idi. Koroğlu bir yerə gedəndə o, Koroğlunu əvəzləyir, Çənlibelin savunmasını qurur, döyüşdə bozqurd kimi vuruşurdu. Aydınlaşır kı, Dəli Həsən, Həsən xan və Hasan paşa adlarını doğruldublar.
Ayvaz
Dastanda maraqlı obrazlardan biri Koroğlunun oğulluğudur. Həm A.Xodzqo, həm də M.H.Təhmasib variantında onun adı Eyvaz şəklində gedir. Belə fikir var kı, Eyvaz Əvəz adının təhrifə uğramış şəklidir. Amma bu fikir səhvdir.
Ahang qanunu türk dilinin bel sutunudur, özülüdür. Bu qanuna görə Eyvazın əsl şəkli Ayvazdır. Ayvaz-uca oddan, ışıqdan doğulmuş deməkdir. Bu da, görünür, onun atasıyla bağlıdır. Yuxarıda göstərdiyim kimi, Ayvazın atasının adı Alıdır, sənəti də qassab, yəni hayvanların calladı. Burda hər iki Alının təkcə adaş yox, həm də ruhdaş olması özünü göstərir. Alının, yəni Allahın yeraltı, qaranlıq ölüm dunyasının tanrısı olması bir daha aydınlaşır. Ayvazın hədsiz gözəl, igid bir bahadır olması onun Koroğluyla ata-baladan daha çox, qardaş olmasının göstəricisidir.
S.A: Qazaxda və Borçalıda bu gün də, Ayvaz və Ayvazalı adları yaşamaqdadır.
Keçəl Həmzə
Dastanın ən rəzil obrazlarından biri (bəlkə də birincisi) Keçəl Həmzədir. Keçəl Həmzə öz arzusuna çatmaq, Dona xanımla evlənərək, Hasan paşanın göyü olmaqçun hiylə və bicliklə Koroğlunun inamını qazanaraq Qıratı oğurladı. Bəs, Koroğlu niyə Həmzəyə inandı. Bunun iki nədəni var:
1. Həmzənin adı. Həmzə ərəb adı sayılır. Anlamı –iti və kəsicidir. Sözü ilkin şəklinə qaytarsaq, Qanızat alınar. Qanı-ruh; zat-nəsil deməkdir.
Qış təbiətin ölüm dövrü sayılır. Torpaq, ağaclar və kollar qışda keçəlləşir. Nağıllarda göstərilir ki, keçəllər bütün işləri (istər xeyir, istər şər) kişi kimi üz-üzə yox, hiylə və bicliklə görürlər. Buna görə də, keçəl şərin rəmzi sayılır.
Beləliklə, Keçəl Həmzə-şər ruhdan doğulmuş deməkdir.
2. Koroğlunun ruhu. Türk ruhu, bicliyi və hiyləni yaxın qoymurdu. Koroğlunun hiylədən, biclikdən yararlanmaq ağlına da gəlmirdi. O, hər bir sözü kişi sözü kimi qabul edir və ona inanmağı özünə borc bilirdi. Mütləqimiz, Peyğəmbərimiz Asif ata deyib: "Əgər Koroğlu Həmzəyə inanmasaydı, Koroğlu olmazdı, Həmzə olardı”. Bu, əsil Türk ruhuydu ku, özünü Koroğluda göstərmişdi.
Koroğlunun qocalığı
M.H.Təhmasibvariantında göstərilir ki, Koroğlu qocalıb, davalardan yorulub, ömrünün son günlərini Çənlibeldə dinc yaşamaq istəyirdi. A.Xodzqo variantındasa göstərilirdi ki, Koroğlu qoca vaxtı öncə Məkkəyə-ziyarata, sonra atasının son arzusunu yerinə yetirərək, Şah Abbasın yanına getməkçün Çənlibeli tərk edir. Yolda da o, Şah Abbasın saray adamları olan Almaz xanla və Bahram xanla rastlaşır. Onlar Koroğlunu aldadaraq özlərilə aparırlar, sonra Qıratla Koroğlunu öldürürlər. Burda M.F.Axundzadənin bir fikri yada düşür. Mirzə Fətəli Məkkə ziyaratını ömrün sonu sayırdı (A.A.Bakıxanov, İ.B.Qutqaşınlı və İmam Şamil ömürlərini Məkkədə bitirmişdilər).
Əslində, qocalan cisim yox ruh idi. Tüfəng adlı yarağı görəndən sonra bədbinlik onu daha da bürüdü. Sonra düşmənlərin Çənlibelə hucum edəcəyindən xəbər tutan Aşıq Cununun (əslində Dəli Ozanın) səyiylə dəlilərin Çənlibelə qayıtması Koroğlunu gəncləşdirdi və o, düşmənləri darmadağın etdi.
O ku qaldı tüfəngə, əslində, söhbət tüfəngdən getmirdi. Tüfəngin atası ox-yaydır. Qədim tüfənglərə əbəs yerə dayandoldurum demirdilər. Bir əsgər tüfəngi doldurur, o biri tətiyi çəkirdi. Halbuku, bir tüfəng atılana qədər neçə dənə ox atmaq olardı. İstənilən uşağa ox atmaq öyrətsələr, o bir bahadırı öldürər. Deməli, burda söhbət umuman atıcı yaraqlardan gedir.
Nağılların bir çoxunda ox-yay döyüş yarağı kimi qabul olunmur. Dastanda Koroğlunun və dəlilərin yaraqları sırasında ox-yayın adı çəkilmir və yalnız bir-iki yerdə göstərilir.
Deməli, ən ümdə məsələ Türk Ruhundadır. Türk Ruhu yalanı, hiyləni və bicliyi qabul etmədiyi kimi, atıcı yaraqları da döyüş yarağı olaraq qabul edə bilmirdi. Çünkü Türk baxımından igidlik üz-üzə döyüşdəydi. Atıcı yaraqlar üz-üzə döyüşü sıxışdırırdılar (necə ki sıxışdırıb məhv etdilər).
Son söz
Yüz illərdir ki, aşıqlar, aqınlar, baxşılar, dastançılar Koroğlunu öz zamanlarına və mühitlərinə uyğunlaşdırmağa çalışırlar. Onu allah bəndəsi, Məhəmməd ümməti, sünnü, şiə, sovet dövründəsə sinfi savaşın öndəri kimi göstərmək cəhdində bulunublar. Bəlkə doğrudan da, Koroğlu adında Çingizxan çeriki (əsgəri), Calalı harakatının başçısı və başqa bu cür adamlar olub. Fəqət, onları mifiq Koroğluyla adlarından və türklüklərindən başqa heç nə birləşdirmir. Göründüyü kimi Koroğlu mifiq təfəkkürün qəlibləşdiyi dövrün mahsuludur. 200 ilə yaxın bir zaman ərzində araşdırmaçıların böyük hissəsi bu faqtı ya görməyiblər, ya da görmək istəməyiblər.
Koroğlunun mifiq obraz olduğunu ilk dəfə Hatəmi Tantəkin yazıb: "Burdan açıqca görünür kü, Goroğlu-Koroğlu ata-baba ruhları etiqadıyla, acdad qultuyla sıx bağlı olan asatırı bir suratdır” (orda səh 20). Hatəmi Tantəkinin fikirləri dastanın A.Xodzqo variantında verilən Koroğlunun ölüm səhnəsini (sırf bioloji varlıq olduğunu) rədd edərək, ölümsüzlüyünü təsdiqləmiş oldu.
Burda ümdə rolu onun ölüm dunyasının tanrısı-Allahın oğlu olması oynayır. Heraql və İsa kimi Koroğlu da ya tanrı, ya da tanrıçaymış. Burdan görünür kü, Koroğlunun yaşı 7-8 min ildən aşağı deyil (Qız qalasının da yaşı təqribən bu qədərdir və aydınlaşır kı, Qız qalası inanc yeri olub).
Koroğlu ulularımızın inancıymış. Hər şeydən görünür kü, Zevsin oğlu qahraman Heraql, Koroğlunun Ellada variantıdır.
Koroğlu savaşla bağlıydı. Amma bu savaş tanrılığı, Arisin, Marsın tanrılığına oxşamırdı. O, qırğınlar törətmir, şəhərləri, kəndləri tutub ağalıq etmirdi. Koroğlu haqqın, ədalətin savunmaçısı, qoruyucusuydu. Döyüşdən əl çəkəndə onun ruhu qocalır. Dəlilər qayıdıb savaş başlayandan sonra yenidən gəncləşir. Burda bir fəlsəfə açıq şəkildə özünü göstərir: "Hayat savaşdır. Yaşamaq istəyən savaşmağı bacarmalıdır və savaşdan yorulmamalıdır”. Koroğlunu minillər yaşadaraq zamanımıza çatdıran bu ruhdur.
S.A: Koroğlu təkcə türklərdə yox, ruslarda da var. Fəqət, onlarda o, adam yox, ağzından od püskürən ajdahadır, adı da Zmey Qorınıç, yəni, Ajdaha Qoroğludur. O, xristianlığa qədərki inanclardan biri olaraq, şərin təmsilçisiydi.
Atamız var olsun!
Yaşar Türk-Azər.
Azarbaycan Milli-Azadlıq Harakatının Bayraqdarı.