Son aylar dünya silsiləterror hadisələrinin cəngindədir. Təkcə qonşu Türkiyədə son 5 ayda ard-arda dörd böyük terror hadisələri baş verdi. Həmçinin noyabrın 13-də Parisdə silsilə terror aktları qeydə alındı. Mart ayında Belçikanın paytaxtı Brüsseldə də analoji hal qeydə alındı. Belə ki, paytaxt Brüsseldə hava limanında və metro stansiyasında partlayışlar baş verdi. Bu hadisələrdən sonra Avropada terror təhlükəsi xofu sürətlə artmağa başlayıb. Hətta İŞİD terror qruplaşmasının 400-600 nəfərə qədər üzvünün Avropada gizləndiyinə dair məlumatlar ortaya çıxdı. Brüsseldəki partlayışların ardınca Almaniya və İngiltərənin paytaxtı Londonda partlayışların hazırlanmasına dair məxfi kəşfiyyat məlumatları ortaya çıxdı. Hətta İŞİD Almaniyanı və Belçikanı yenidən hədələməyə başladı. Artıq Avropa ölkələrində və ABŞ-da təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb.
Ekspertlər hesab edir ki, terror bir ölkənin daxili işi ola bilməz. Terrorçuluğa qarşı mübarizədə dövlətlərin ittifaqı, birgə əməkdaşlığı vacibdir. Bundan öncə Əfqanıstanda, İraqda anti-terror əməliyyatları zamanı Azərbaycan da ora əsgərini göndərdi. Yenə dövlətlərarası əməkdaşlığa ehtiyac var. Terror qlobal problemə çevrilib. Vacib olan bütün terror təşkilatlarının istinasız olaraq terrorçu təşkilat kimi siyahıya salınmasıdır. Burda ikili standartlara, ayrı-seçkiliyə yol vermək olmaz.
Politoloq Əli Orucov "Cümhuriyət”ə bildirib ki, terrorizm beynəlxalq təhlükəyə çevrilib:
"Əvvəllər regional mahiyyət kəsb edirdisə, bu gün dünyanın çeşidli ölkələrində terror hadisələrinə tez-tez rast gəlirik. Bu hal son dövrlərdə daha da intensivləşib. Təbii ki, terrorizmlə bağlı beynəlxalq koalisiyalar ABŞ-ın rəhbərliyi ilə bir sıra ölkələrdə müəyyən uğurlu əməliyyatlar keçirdi. Lakin terrorizmi yaradan səbəbləri aradan qaldırmaq mümkün olmayıb. Təəssüflə qeyd etmək lazımdır ki, terror şəbəkələrinin böyük əksəriyyəti böyük dövlətlərin xüsusi xidmət orqanlarından çıxıb. Çünki onlarla işbirliyi olmadan terrorun bu səviyyədə inkişafına, geniş areala yayılmasına və dünyanı təhlükəyə atmasına gücləri çatmazdı. Eyni zamanda hər bir böyük dövlətin özünün bəslədiyi ayrıca terror şəbəkələri mövcuddur. Məsələn, PKK və PYD ən təhlükəli terror təşkilatlarından biri olduğu halda bu günədək həmin təşkilatlara Qərb xüsusi dəstək verib. Həm silah-sursatla təmin edir, təlim keçir, həm də maliyyə və siyasi dəstək verir. Bu onu göstərir ki, terroru dəstəkləyən dövlətlər var. Buna görə də terrorun axırına çıxmaq mümkün deyil. Bu gün terror təşkilatları sanki bir cəza maşınının funksiyasını yerinə yetirir. Beynəlxalq qanunvericiliklə əldə edə bilmədiklərini həmin terror təşkilatların vasitəsi ilə əldə etməyə çalışırdılar. Terrora qarşı mübarizənin effektli olmaması səbələrindən biri də məhz budur”.
Əli Orucovun sözlərinə görə, terrora şərait yaradan ölkələrdən biri də qərbdir:
"Bu gün terror təşkilatları olan PKK, YPG və PYD Qərb tərəfindən dəstəklənir və bu qruplaşma meydan sulayır. Çünki həmin terror təşkilatlarının vasitəsi ilə böyük bir coğrafi ərazini qorxu, təhlükə və təzyiq altında saxlaya bilirlər. Terrorun vətəni yoxdur. Ən təhlükəli məqam odur ki, hər ötən illər daha da təkmilləşdirilmiş üsullara əl atırlar. Son dövrlər xüsusən canlı intihar hücumları geniş yayılıb. Bunu vaxtında aşkar etmək, qarşısını almaq elə də asan məsələ deyil. Bundan əlavə ermənilərin "ASALA” terror təşkilatının yaranmasında da Qərb dövlətlərinin, xüsusən Fransanın əli olub. Bu gün işğal olunmuş Qarabağ terror yuvasına çevrilib. Bunu da edən Rusiyadır. Bu gün terrorla mübarizə aparmaq ona görə mümkün deyil ki, hər bir terror qruplaşmasının arxasında böyük bir dövlət durur. Bu baxımdan effektli alınmır”.
Yeganə Oqtayqızı