Amerika prezidenti Donald Tramp üçün impiçment təhlükəsi olsa da, amerikalılar onu bir çox addımlarına görə qınasalar da, artıq 3 ildir o, ABŞ-a prezidentlik edə bilir. Faktiki olaraq Tramp sadə amerikalılara, impiçment təhlükəsinə qalib gəlir...
Hazırda Trampa yeni impiçment təhlükəsi yaranıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının demokratlardan olan üzvü Castin Amaş bildirib.
Amaşın sözlərinə görə, Tramp xüsusi fəaliyyətlərə cəlb olunub və buna uyğun davranış nümayiş etdirib. Xüsusi prokuror Robert Müllerin hazırladığı hesabatda məhkəməyə verilməsini tələb edən onlarla sübutlar var.
"Bu cür hesabat əsasında ABŞ-dakı istənilən vəzifəli şəxsə qarşı ittiham irəli sürülərdi”, - Amaş bildirib.
ABŞ prezidenti buna cavabında Amaşın onun impiçment edilməsi çağırışını tənqid edib. Prezident Nümayəndələr Palatasında 5-ci dönəmdir çalışan konqresmenin "heç vaxt fanatı” olmadığını deyib.
Justin Amash ile ilgili görsel sonucu
Castin Amaş
"O, mənim və respublikaçılarımızın bir neçə ideya və siyasətinin əleyhinə çıxmaqla adının mübahisəli məsələlərdə hallanmasını istəyir”, prezident bildirib.
Tramp öz twitter səhifəsində qeyd edib ki, Castin opponentlərimizin xeyrinə oynayan uğursuz bir şəxsdir.
Bəzi müxalif demokratlar prezident Donald Trampın impiçmentinə dair çağırışlarını artırıb.
Onlar arasında prezidentliyə namizədlər də var.
Ümumilikdə isə demokratlar uzun və siyasi baxımdan ziddiyyətli prezidenti impiç edib, vəzifədən uzaqlaşdırmaq prosesini izləyib-izləməməklə bağlı fərqli mövqelərə sahibdirlər.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hələ ki impiçmentin əleyhinədir.
Bütün bunlardan sonra Tramp ətrafında bir sıra müzakirələr açılıb. Onun prezidentliyinin ilk dönəm üçün qalan 2 il yarıma yaxın müddətini başa çatdırıb-çatdırmayacağı, özündən əvvəlki üç dövlət başçısı-Bill Klinton, Corc Buş və Barak Obama kimi ikinci dəfə Ağ Evin sahibi olub-olmayacağı indidən suallar doğurur. Müzakirələr sırasında ən çox dünyanın demokratik cəmiyyəti sayılan amerikan cəmiyyətinin hələ də bu şəxs qarşısında təslimçi vəziyyətdə qalması yer alır.
Beynəlxalq əlaqələr üzrə AMİP katibi Elşən Mustafayev Trampın impiçment məsələsinin elə də asan olmadığını düşünür: "Donald Tramp prezident seçiləndən qısa müddət sonra ona impiçment tətbiq olunacağı haqda fikirlər çox səslənib. Amma göründüyü kimi, 3 ilə yaxın müddət keçib və söylənilənlər, bəzilərinin proqnozları özünü doğrultmur. Hazırda yayılan məlumatların taleyi öncəkilərdən fərqlənməyəcək. Bir məsələyə xüsusi diqqət çəkmək lazımdır ki, Trampın prezident olduğu ilk 6 ay ərzində ona qarşı olan ittihamların sayı və çəkisi bu gün olduğundan qat-qat artıq idi. Amma ona qarşı olan güclər həmin ittihamları hüquqi çərçivəyə sala bilmədilər. Bundan sonra istədiklərini həyata keçirmək çox çətin məsələdir. Bütün bunlara baxmayaraq Trampa qarşı tənqidlərini, ittihamlarını, müxalifətçiliklərini davam etdirəcəklər. Tramp isə çox ciddi səhvlər buraxmayacağı halda prezidentlik dönəmini tam başa vuracaq. Başqa tərəfdən Amerika tarixində çox az sayda, prezidentlər impiçmentlə vaxtından öncə prezidentliklərini başa vurublar. Onların bu halla qarşılaşması əsasən ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı buraxdığı, yumşaq desək, səhvlərə görə olub. Dünyaya demokratik dəyərlər vəd edən bir ölkə üçün impiçmentlə prezidenti azad etmə ölkənin imicinə böyük zərbə vurduğundan adətən belə addıma böyük səbəblər olduğunda və başqa yol qalmayanda gedilir. Trampın indiyədək verdiyi qərarların demokratiya və insan haqlarının əleyhinə olduğunu söylənlər az deyil. Amma son illər Avropada olduğu kimi ABŞ-da belə qərarlar əhalinin əksəriyyəti tərəfindən yaxşı qarşılanır. Xatırlayırsınızsa, Tramp seçkiqabağı ABŞ-a miqrant axınının qarşısını almaq, Meksika ilə sərhəddə sədd tikmək, dövlətlərə olunan maliyyə yardımlarını kəsmək və daxildə o maliyyəni xəcləmək və s. kimi vədlərlə gəlmişdi.
Onların əksəriyyətini həyata keçirməklə məşğuldur və bu da əhalinin böyük kəsimi tərəfindən yaxşı qarşılanır. Eyni zamanda seçkiöncəsi Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı vədini çoxlarının gözləmədiyi halda həyata keçirib. Bu isə ABŞ-da siyasi proseslərə təsiri olan yəhudi lobbisinin dəstəyi deməkdir. Ümumiyyətlə, Trampın son 1 ili onun üçün asan keçməyəcək. Yaxın Şərq probleminin çözülməməsi, Rusiya ilə qarşıdurmanın yerində qalması, son vaxtlar İranla müharibə təhlükəsinin yaranması prezident üçün əlavə çətinliklər yaradır. Amma bilmək olmaz ki, sonda bu problemlərin nəticələrinə görə onun nüfuzunda yüksəliş olacaq, ya eniş. Hələlik görünən odur ki, Trampı ona qarşı irəli sürülən ittihamlar, impiçment hədələri çox narahat etmir. Hazırda onu ikinci dəfə prezident seçilməsi maraqlandırır və bunun baş verməsi üçün bütün vasitələrlə əlindən gələni edəcək”.
Ekspert Trampın ikinci dəfə qalib gələ bilib-bilməyəcəyinə də toxundu: "Kimlərsə onun ikinci müddətə prezident seçilməsi şansının olmamasını bildirirsə, əslində bu belə deyil. Hesab edirəm ki, hazırda onun şansı yarı-yarıyadır. Təxminən 1 il vaxt qalıb ki, vəziyyət Trampın xeyrinə və ya əleyhinə dəyişsin. Bu müddət ərzində Respublikaçılar onu ya növbəti dəfə prezidentliyə namizəd edəcəklər, yaxud başqa namizədlər verəcəklər . Hazırda öz partiyasının əksəriyyəti tərəfindən müdafiə olunur. Amma dünyada baş verən hadisələri çox vaxt proqnozlaşdırmaq mümkün olmadığı üçün baş verəcəklərdən dolayı hər şey ola bilər”."Yeni Müsavat”