Mədəniyyət və Turizm Nazirliyi Pekində keçirilən "COTTM 2016” beynəlxalq turizm sərgisində təmsil olunacaq
2016-cı ilin 12 – 14 aprel tarixlərində Çinin Pekin şəhərində keçiriləcək "COTTM 2016” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, yerli turizm şirkətləri və "Azərbaycan Hava Yolları”nın iştirakı planlaşdırılır. Adıçəkilən sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov tərəfindən təmsil olunacaqdır.
Həmçinin sərgidə 4 yerli turizm şirkəti, "Geo travel”, "The Tour”, "Regea Travel”, "AzTerra travel” və "Azərbaycan Hava Yolları” iştirak edəcəkdir.
Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 39 kv.m sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, Pekində keçirilən "COTTM” beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 65 ölkədən 300-ə yaxın şirkət təmsil olunacaqdır.
Qeyd etmək lazımdır ki, ötən il ərzində Çindən ölkəmizə 5 000 nəfərdən çox turist səfər etmişdir.