Millət Vəkili Etibar Məmmədovun Türkiyəyə ilk rəsmi səfəri zamanı ziyalılar, siyasilər və ictimaiyyətin nümayəndələri qarşısında çıxışından. 02.05.1991
"Ən böyük arzularımdan biri müstəqil Türk dövlətinin torpağına qədəm qoymaq idi. İkinci ən böyük arzum ikinci bir Türk dövlətinin-Azərbaycanın müstəqilliyini qəbul etməkdir.
Türkiyəni Azərbaycansız, Azərbaycanı isə Türkiyəsiz təsəvvür etmək mümkün deyil.
Türk xalqları yeni dövlətlər yaratmaq iqtidarındadırlar. Azərbaycanda başlamış Xalq Hərakatı son nəticədə Azaqdlıq Hərakatına çevrilmişdir. Bu hərakat göstərdi ki, yeni böyük bir Türk dövlətinin yaranması prosesi gedir. İkinci böyük bir Türk dövləti yaranmqla bu proses bitməyəcək. Yeni Türk dövlətləri yaranacaq və Türk dövlətləri dünyada və bəşəriyyətdə böyük bir qüvvəyə çevriləcək. Bu qüvvəyə çevrilmədə də, bizim Azadlıq yolumuzda da böyük maneələr durur.
Ən böyük maneələrdən biri kommunizm sistemi, kommunizm rejimidir. Bu rejim elə bir mənfur rejimdir ki, millətlərin milli mənsubiyyətini onun beynindən silməyə, onun beynini pozmağa çalışır. Ona görə də kommunistin heç vaxt milliyəti ola bilməz. Kommunist üçün millət məhfumu yoxdur.
Azərbaycanın müstəqilliyinin qarşısında duran ən böyük maneə kommunizm ideologiyası, kommunizm rejimi və Kommunist Partiyasıdır. İndi Azərbaycanın Azadlıq və Müstəqillik yolunda bir nömrəli vəzifəsi kommunist rejimini bir dəfəlik məhv etməkdir və Milli İstiqlal yoluna çıxmaqdır. Kommunizmini məhv etmək üçün iki vasitə var ki, xalqa, millətə, öz mənliyini başa salmaq, dərk etdirməkdir.
Kommunistlər, hətta, bizim millətin adını da dəyişdirməyə çalışıblar. Ancaq bu mümkün olmamışdır. Bizim Moskva rejiminə qarşı mübarizəmizdə iki silahımız olmalıdır, biri anti-kommunizm, digəri isə millətçilik. Türk millətçilyi və millətçilik olmadan həmin imperiyadan və rejimdən çıxışımız çətinləşəcək.
Şəhidlər verməmiş Azadlıq əldə etmək mümkün deyil. Özümüz də şəhid olmalıyıq ki, gələcək nəsillərimiz, bizim övladlarımız Azad yaşaya bilsinlər”