"Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ciddi məna daşayır”. Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR”-a deyib ki, bu həm də o deməkdir ki, Türkiyə Azərbaycana böyük önəm verir və xarici siyasətinin prioritetlərindən biri məhz Cənubi Qafqaz regionudur: "Bu həm də Azərbaycanla Türkiyə arasında strateji və qardaşlıq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə bir işarədir”.
Əli Oruclunun sözlərinə görə, Azərbaycan üçün də bu səfər əhəmiyyətlidir: "Rusiyanın imperiyapərəst iddialarının artdığı bir vaxta Türkiyə prezidentinin Bakıya gəlişi həm də Kremlə bir göstəridir ki, Azərbaycan tək deyil”.