Türkiyə kürd peşmərgə kömək edib

"Türkiyə kürd peşmərgə qüvvələrinin Kobaniyə daxil olmasına yardım edib”.

APA-nın "Anadolu” agentliyinə istinadən xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tunisdən olan həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Biz peşmərgə qüvvələrinin Kobaniyə daxil olmasına dəstək vermək üçün yardımçı oluruq. Bununla bağlı müzakirələrimiz davam edir” - deyə o, söyləyib.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri Türkiyədə 200 minə yaxın Kobani kürdünün olduğunu qeyd edərək, Kobaninin işğalının qarşısını almaq üçün hər cür yardım göstərdiklərini vurğulayıb.