Türkün anası ağlamaz

Saçının teli qədər əzab işgəncə gördün,namusunla,qeyrətinlə tanındın,mətanətin,ləyaqətin dünyaca bir oldu.Səni azad edə bilmirik.
Sən axı bizim anamızsan,bizm ana vətənimizsən.
Azərbaycan Türkünün anası ağlamamalıdır.
Türk anası qan ağlayır.
Xanim xatın anamız,həyalı ismətli bacımız,həyasından üzü lalə çiçəyinə dönən qızım qan ağlayır.
Bir damcı göz yaşına dəyməz bütün düşmənlər.
Türk xanımı ağlayır.
Əsir oldun,yesir oldun,düşmən əlində, ala bilmədik,namusunu qoruya bilmədik.
İgidlərə tələ qurdu qoca iblis,bu toru kəsə bilmirik.
Türk anası qan ağlayır,igid BOZQURD.
Səsimə səs ver Türk oğlu,nərəmdən yer titrəyir,ahımdan göy lərzərə gəlir.Yatmısansa ayıl,ana millət,ata millət dardadır.
Dara düşmüş Türk anası fəryad edir.
Torpaq getdi,qeyrət getdi,namus gedir,ləyaqət gedir,həya abır gedir,millət əldən gedir,harda qaldın can oğlum,dardamı qalmısan şan oğlum,özünü yetir,atan dardadır.
Türk anası ağlamamalıdır,əgər qeyrəli oğulları varsa.
Bu tələ çətin tələ oldu,bu yalan daha böyük oldu,vətənimiz talan oldu,bu millətin igidləri hay ver səsimə,kim gəlib sənin ananı xilas edəcək, kimi gözləyirsən.
Heç kimə güvənmə Türk qardaşım,başqasına arxayın olma,özümüz tapmalıyıq çarəsini.Yanındakına belə arxayın olma ,sən çıxmalısan meydana,sən girməlisən döyüşə,sən vurmalısan ilk zərbəni.Kimsədən gözləmə qəhrəmanlığı,özün Bozqurd ol.
Türkün anası ağlar qalmaz.
Türkün torpağı işğal altda qalmaz,Türkün namusuna təcavüz edilməz,qalx ayağa sil bu ləkəni üzərindən.
Millət dardadır,millət əsarətdədir,yurdmuz qumara qoyulub,məmləkət satılıb.
Bu axı bizimdir,bizə əmanət edilib.Sənə, igid Türk oğluna verilib. Kənardan baxıb köks ötürdüyün bu sərvəti dədən sənə əmanət edib,kasıbçılıq içərisində can verən millətə verilib.Kim sahib çıxmalıdır bu sərvətə, qan qardaşım.
Dünya qopar məhvərindən türk anası ağlasa,ulduzlar qığılcım saçar analarımız ağlasa, kainat qana böyanar analar ağlasa.
Ağbirçəkli anam ağlar,suların sonası ağlar.
Dilim ağzımda ağlar.Elim gözümdə ağlar.
TÜRKÜN ANASI AĞLAMAZ.
Bir şüar var bundan sonra,MƏN TÜRKƏM.
Çək başına cəsarət şərbətin,qaldır yumruğunu vur bu ədalətsizliyi törədənlərin başına üsyan püskür.
Birinci mən olacam.Mənəm qəhərman deyib döyüşə atılmağın məqamıdır.
Azərbaycan Türkünün anası ağlamyacaq! Bir də heç vaxt Türk anası ağlamyacaq!
Ana vətən qan ağlayır, səni çağırır,igid Bozqurd.