Üçüncü Dünya müharibəsi baş versəydi...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Üçüncü Dünya müharibəsinin başlanacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

BAKU.WS ria.ru-ya istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, Üçüncü Dünya müharibəsi baş versəydi, daha dəhşətli olacaqdı.

“Üçüncü Dünya müharibəsi olsaydı, bu, nüvə savaşı və dağıdıcı olacaqdı”, - deyə Lavrov bildirib.

Qeyd edək ki, fevralın 26-da ABŞ-ın Prezidenti Cozef Bayden Ukrayna ilə Rusiya arasında başlayan müharibəylə bağlı açıqlama verib. O bildirib ki, Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara alternativ “Üçüncü Dünya Müharibəsi”nin başlanğıcı ola bilər.

“Baxın, iki variant var idi: Üçüncü dünya müharibəsinə və Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək”, - Amerika lideri bloger Brayan Koenə müsahibəsində deyib.

Millət