Xalqdan oğurlanmış milyardlar sahibinə qaytarılmalıdır

İqtidar məmurlarına məxsus xarici ölkələrdə olan malikanələr, zavodlar,hötellər,holdinq binaları, istirahət mərkəzləri, satılmalı və yüz milyonlarla dollar ölkəyə gətirilməlidir.Eyni zamanda xarici banklarda müxtəlif adlar alıtnda yerləşdirilmiş milyardlar, müəyyənləşdirilərək,dövlət büdcəsinə qaytarılmalıdır.

-On minlərlə insan aclıq və səfalət içində yaşamaqdan bezərək etiraz edir və bu etirazlar kütləvi hal alaraq dağıdıcı gücə çevrildiyi bir məqamda,şahənşahlar kimi yaşayan,sabiq və bu gün vəzifədə olan məmurlar,beş on mühavizəçi və ya polisə güvənirsə böyük səhf edir.

-Azərbaycan da,Bakı və Bakı ətrafı kəndlərdə,müxtəlif rayonlarda,xalqdan oğurlanmış pullarla tikilmiş, hər birinin dəyəri bir neçə milyon dollar olan villalar, dövlətin xeyrinə müsadirə olunmalıdır.
-Məmurlara məxsus,əsas məşğuliyyəti kirli pulları yumaq, və ölkədən valyuta ehtiyatını xaricə daşımaq olan, holdunq,şirkət,MTK-lar,MMC-lərin on illlik fəaliyyəti yoxlanılmalı və oğrulanmış vəsaitlər büdcəyə qaytarılmalıdır.

-İllərdir vergi ödəməyən, kömrükdən heç bir ödəniş etmədən mallarını ölkəyə və xaricə çıxaran,məmurlara məxsus müəəssələrin,ödəməli olduqları vəsaitlər büdcəyə qaytarılarsa dövlət büdcəsində heç bir kəsir yarana bilməz.

Bu gün böhranın dərinləşdiyi bir vaxtda məmurlara məxsus şirkətlər dövlətə vergi ödəmirlər.
*Azərbaycan xalqından oğrulanmış təxminən 500 milyard dollar vəsait büdcəyə qaytarılmalıdır.*