Xaricdə fəaliyyət göstərən diplomatik korpuslarda həyata keçirilən son islahatların Azərbaycan üçün hansı əhəmiyyəti var?
Azərbaycan
Milli İstiqlal Partiyasınan baş katibi Arzuxan Əlizadə qəzetimizə
açıqlamasında bildirdi ki, XİN strukturunda belə yeniləmələrə doğrudan
da ciddi ehtiyac vardı: "Diplomatik korpuslarda baş verən yerdəyişmələr
heç də bütün diplomatların yarıtmaz fəaliyyətindən qaynaqlanmır. Ola
bilər ki, geri çağırılan səfirlərə yeni etimad da göstərilsin. Ancaq
unutmaq lazım deyil ki, Azərbaycan kimi ciddi problemləri olan ölkəyə
aktiv və bizim həqiqətləri doğru şəkildə xarici auditoriyaya çatdıra
bilən diplomatlar lazımdır. Bəzən isə biz görürük ki, xarici
missiyalarda fəaliyyət göstərən diplomatlarımız yerində deyil.
Təbiidir ki, belə hallar aşkarlanmalı və dövlət lazımi tədbirlər görməlidir. Mən bir də diplomatların rotasiya qaydasına önəm verilməsini istərdim. Bir diplomatın 10 ildən artıq hansısa ölkədə çalışması doğru deyil".

Məhəmmədəli QƏRİBLİ