Arzuxan Əlizadə: «Bu, ölkənin dünyada daha da tanıdılmasına yardımçı olacaq»
«Ona görə də güman edirəm ki, bu istiqamətdə görülən işlər öz müsbət nəticəsini verəcək»
İlk Avropa Oyunlarının açılış mərasimində ən az 20 dövlət başçısının və hökumət nümayəndələrinin iştirakı gözlənir. Bunu gənclər və idman naziri Azad Rəhimov «Rossiyskaya qazeta»ya müsahibəsində deyib.
Açıqlamasında bəzi məqamlara toxunan A.Rəhimovun sözlərinə görə, ilk olaraq Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Monako knyazı II Albert və Böyük Lüksemburq hersoqu öz iştirakını təsdiqləyib: «Oyunların başlamasına az qalmış Avropadan Bakıya neçə dövlət başçısının gələcəyi məlum olacaq. Biz ən az 20 dövlət başçısının gələcəyini gözləyirik».
Şübhəsiz ki, Azərbaycanın belə bir mötəbər yarışmaya ev sahibliyi etməsi böyük hadisədir. Çünki son illər Azərbaycan dinamik olaraq inkişaf edib. Regionda Azərbaycanın aparıcı iqtisadi mərkəzlərdən birinə çevrilməsi bu ölkəyə bu cür mötəbər bir yarışın həvalə olunmasına gətirib çıxarıb. Onu da nəzərə almaq lazımdır ki, çox qısa bir müddətdə Azərbaycan Oyunların keçirilməsi ilə bağlı idman infrastrukturunu ən yüksək tələblər səviyyəsində yarada bildi. Bütün bu deyilənlərin fonunda, Birinci Avropa Oyunlarında 20 dövlət başçısı iştirak etsə, bu, Azərbaycan üçün nə deməkdir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, yarışmada 20 dövlət başçısının iştirakı Azərbaycanın imicini artıra bilər: «Şübhəsiz ki, bir belə dövlət başçısının açılış mərasimində iştirak etməsi Azərbaycanın tanıdılmasına xidmət edəcək. Necə deyərlər, bu, ölkənin dünyada daha da tanıdılmasına yardımçı olacaq. Onu da qeyd edim ki, yayılan məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Oyunların açılış mərasimində iştirak edəcəklərini bəyan ediblər. Təbii ki, yaxşı olardı digər aparıcı dövlət başçıları da açılış mərasiminə qatılsınlar. Hər halda, iyunun 12-nə müəyyən vaxt var. O vaxta qədər bir sıra dövlət başçılarının açılışa qatılıb-qatılmayacağı məlum olacaq. Ona görə də güman edirəm ki, bu istiqamətdə görülən işlər öz müsbət nəticəsini verəcək».
Vidadi ORDAHALLI