"Tamam fərqli coğrafiyada və fərqli maraqlara söykənən Ukrayna böhranı bu gün daha ciddi diqqətdə olan problemdir”
Yaxın Şərq regionu yenidən aktiv münaqişə ocağına çevrilib. Onsuz da silahların susmadığı bu regionda indi də Yəmən əsas diqqət mərkəzinə çevrilib. Maraqlısı ondan ibarətdir ki, Yəməndə baє verən proseslərin də əsas hərəkətverici qüvvəsi və katalizatoru Qərb hesab edilir. Bəs gцrəsən, bu prosesin sonu nə ilə nəticələnəcək və qarşıda Yaxın Şərqi daha hansı "sürpirizlər” gözləyir? Bu və ya digər məsələlərlə bağlı siyasi təhlilçi, AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elєən Mustafayevlə söhbətləşdik.
-Elşən bəy, hazırda Yaxın Şərqdə, xüsusilə Yəməndə baş verən prosesləri necə dəyərləndirirsiniz?
-Yəmən regionda yeləşən həssas siyasi vəziyyəti olan ölkədir. Hələ 2011-ci ilin ərəb baharı zamanı orada iğtişaşların şahidi olmuşduq. Baş verən hadisələr miqyasına və bu günə olan nəticələrinə görə ölkə üçün daha təhlükəli vəziyyətə gətirib çıxarıb. Faktiki ölkənin böyük bir hissəsi üsyançıların nəzarətinə keçib. Əvvəl istefa verən ölkə prezidenti bu gün istefa vermədiyini bildirərək Ər- Riyada sığınıb və oradan üsyançılara qarşı mübarizəyə başlayıb. Bütün bu proseslər Yəməndə yaxında sülh əldə olunması perpektivlərini sübhə altında qoyur.
-Sizcə, Yəməndə baş verənlərin arxasında Qərbin müsəlman dünyasını yenidən parçalamaq planı dayanırmı?
-Yəməndə baş verən hadisələri Qərbin hər hansı planı kimi görmürəm. Burada müsəlman dünyasının parçalanması planından da söhbət getmir. Əslində üsyançılara qarşı böyük ərəb dövlətlərinin hətta Pakistanın koalisiya yaratması və Qərbin bunu dəstəkləməsi, nəticə olaraq Birləşmiş Ştatların müttəfiqi olan Səudiyyə Ərəbistanının üsyançıların mövqelərinə avia zərbələr endirməklə hərbi əməliyyalara başlaması onu göstərir ki, orada hadisələrin bu həddə gəlməsində tamam başqa qüvvələrin və ya dövlətlərin marağı var. Məsələ ondadır ki, indiyə qədər ərəb coğrafiyasında baş verən üsyanların demək olar ki hamısı bu və ya digər mənada Qərb tərəfindən dəstəklənsə də, burada bundan söhbət belə gedə bilməz. Yəmən üsyançılarını dəstəkləyən əsas dövlət İrandır. Onun səbəbləri odur ki, orada çoxlu sayda siə müsəlmanlar yaşayır və bir də Yəməni İrana bağlayan tarixi faktorlar da mövcuddur. Amma proseslər o həddə çatıb ki, hətta Rusiya prezidenti İran prezidentinə telefon açıb Yəməndəki hadisələrə müdaxilə etməməyi və orada olan qeyri-rəsmi qüvvələrini çıxarmağı tövsiyyə edib. Əslində İran da çıxılmaz vəziyyətdədir. Bir tərəfdən Yəməndə siə müsəlmanlardan ibarət üsyançıları dəstəkləmək istəyir, digər tərəfdən Lozannada İrana qarşı sanksiyaların götürülməsi ilə bağlı bu günlərdə olan danışaqlarda bu ona ciddi baş ağrısı yaradır. Düşünürəm ki İranın bu dəfə Suriya məsələsində göstərdiyi inadını görməyəcəyik. Ona görə ki, Suriyada legitim Əsəd hökumətini müdafiə edirdisə, burada üsyançıları müdafiə etməlidir. Eyni zamanda təzyiqlər daha da güclənib içəridə narazılığı daha da böyüdəcəkdir.
-Yəmən hadisələri Ukrayna məsələsini nə dərəcədə arxa plana keçirəcək?
-Bu məsələ Ukrayna məsələsini arxa plana atmayacaq. Ukrayna ilə bağlı planların, danışıqların və s. əvvəlki axarından bir az da kəskin gedəcəyi gözlənilir. Tamam fərqli coğrafiyada və fərqli maraqlara söykənən Ukrayna böhranı bu gün daha ciddi diqqətdə olan problemdir.Yəmən məsələsi ilə bayaq dediyim kimi məhz ərəb dövlətlərindən ibarət koalisiya məşğul olacaq. Hələlik hava zərbələri ilə əməliyyatlar gedirsə, yaxında quru əməliyyatlarının olması da mümkün olacaq. Bir neçə il öncə Bəhreydəki üsyanı xatırlasaq görərik ki, o zaman əhalisinin 60 faizi siə olan və 1783 ilə qədər İranın tərkibində olan Bəhreynə üsyançiları yatırtmaq üçün Səudiyyə qoşunları girdi. İran bunu istəməsə də müqavimət göstərmədi.
-Bəs bu məsələdə Türkiyənin mövqeyini necə dəyərləndirirsiniz?
-Türkiyə də bildiyiniz kimi Yəməndə üsyançılara qarşı yaranmış koalisiyaya logistik dəstək verəcəyini bəyan edib. Bu da ən doğru mövqedir. Yəməndə üsyançıların zərərsizləşdirilib legitim hakimiyyətin bərpa olunması o cümlədən Türkiyənin marağındadır.
Füzuli