"Son 25 ildə ölkəmizdə baş verən 66 min yol-nəqliyyat hadisəsi zamanı 23 min insan ölüb, 74 min insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Bunu Milli Məclisdəki çıxışında deputat Elmira Axundova söylədi. Xanım deputat dedi ki, bu itkilər müharibə itkilərinə bərabərdir, əsl genosiddir: "Vaxt çatıb ki, dövlət avtomobil müfəttişliyi bütün bölgələrdə araşdırmalara başlamalı, sürücülərin sürücülük vəsiqəsinin olub-olmamasını dəqiqləşdirməlidir”.
Həmçinin sürücülük vəsiqələrinin verilməsində də daha həssas yanaşmanın olduğunu dedi.