Əli Orucov: "Silah gücünə iqtidarı ələ keçirib, sonra seçki keçirdilər, ona görə də belə oldu”
Prezident seçkilərinin favoriti olan namizədlərin ictimaiyyət qarşısında debata çıxması ənənəsi var. Demokratik ölkələrdə bu ənənəyə ciddi riayət olunur. Demokratik seçki keçirilən bəzi gənc dövlətlərdə də eyni ənənəyə rast gəlinir. Bunlardan Ukraynanın, Gürcüstanın adlarını çəkmək olar. Martın sonlarında Ukraynada keçirilən prezident seçkiləri ikinci tura qaldı. Seçkidə əsas namizədlərdən olan Vladimir Zelenski ilə Petro Poroşenko arasında debat gözlənilir.
Azərbaycan müstəqillik əldə etdikdən indiyə qədər 7 dəfə prezident seçkisi keçirilib. Lakin bu seçkilərin heç birində əsas favorit iki namizədlərin debatı, efirdə qarşı-qarşıya gəlməsi faktı yoxdur. Bir sözlə, ölkəmizdə belə bir ənənə yoxdur.
Bu barədə "Yeni Müsavat”a danışan AMİP Siyasi Şura üzvü Əli Orucov bildirdi ki, favorit namizədlərin debata çıxması seçkilərin demokratikliyinin təzahürlərindən biri sayılır. Təəssüf ki, Azərbaycanda bu cür demokratik seçki ənənəsini indiyədək formalaşdırmaq mümkün olmayıb. Bunun isə hələ müstəqilliyin ilk illərinə qədər gedib çıxan səbəbləri var: "Azərbaycan müstəqilliyinə təkrar qovuşandan sonra hakimiyyət dəyişiklikləri silah gücünə həyata keçirildi. Əvvəl güc yolu ilə hakimiyyət ələ keçirilib, sonra seçkilərə gedilib. Bu hal isə seçki prosesinə ciddi müdaxiləyə geniş imkan yaradıb. Eyni zamanda bu hal hakimiyyəti ələ keçirən qüvvələrin namizədində arxayınlıq, rəqibi saymamaq əhval-ruhiyyəsi yaradıb. 1992-ci ilin 7 iyununda keçirilən prezident seçkilərini indiyə qədər keçirilmiş ən demokratik seçki adlandırırlar. Lakin gəlin görək, həmin seçkilərdə faktiki olaraq hakimiyyətə sahiblənmiş AXC-nin namizədi Əbülfəz Elçibəyin digər namizədlərlə debatı olmuşdu? Mərhum prezident Əbülfəz Elçibəyin ona rəqib olan namizədlərlə debata çıxdığını xatırlamıram. Xatırlayırsınızsa, Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıtmağa cəhd edərkən, zirehli avtomobildə AXC-nin silahlı birləşmələri parlamentə yürüş etdilər.
Qısa atışmalar da oldu. Bundan sonra AXC hakimiyyəti ələ keçirdi. Bir aydan sonra isə Əbülfəz Elçibəyi prezident kürsüsünə əyləşdirdilər. Tələm-tələsik seçki keçirdilər. 17 may 1992-ci ildə İsa Qəmbər Ali Sovetin sədri seçilməklə prezidentin səlahiyyətini icra etdi. 7 iyun 1992-ci ildə isə artıq Əbülfəz Elçibəy prezident seçildi. Bu müddət ərzində seçki keçirməyin özü də qeyri-demokratik idi. Hakimiyyətin namizədinin digər namizədlərlə heç bir debatı olmadı. İndi kimlərsə özlərini demokrat, demokratik milli hakimiyyət adlandırmaqla deyil ki! Faktlar, sübutlar tamam ayrı şeylər deyir. Elçibəy prezident seçilənədək Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən İsa Qəmbər bütün dövlət vəzifələrinə və postlara Xalq Cəbhəsinin adamlarını yerləşdirdi. Bir ay ərzində yüzlərlə sərəncam və fərmanlar verildi”.
Ə.Orucov sonrakı dönəmlərdən də danışıb. O deyib ki, mərhum prezident Heydər Əliyevin zamanında seçki kampaniyasının vaxtı 90 gün, sonra isə 60 gün idi: "O dövrdə də əvvəlki ənənə - rəqib namizədlə debata çıxmamaq ənənəsi davam etdi. Bu ənənə indiyə qədər davam edir”.
Ə.Orucov qeyd etdi ki, faktiki olaraq bu müsbət olmayan ənənənin əsası 1992-ci ildən qoyulub. Ondan sonra da heç vaxt hakimiyyətin namizədləri öz opponentləri ilə debata çıxmayıb: "Sanki hakimiyyətin namizədlərində belə bir düşüncə olub ki, əsas rəqibi ilə debata çıxsa, öz nüfuzunu aşağı salmış olacaq. Əslində isə demokratik seçkilərdə bu yanaşma yanlışdır. Çünki demokratik sivil cəmiyyətlər bu cür debatlarda namizədlər arasında konkret seçim edir, münasibətlərini bildirirlər. Seçici birbaşa görür və eşidir, namizədləri analiz edə bilir və bu da səsvermənin nəticələrini demək olar ki, həll edir. Azərbaycanda seçkilərin demokratikliyi və seçicilərə bu imkanı vermək üçün favorit namizədlərin debatları ənənəsinin yaradılması vacibdir. Ukraynada prezident Poroşenko rəqibinə qiymət verdi və bilir ki, Ukrayna seçicilərinə hörmət edilməsə, əks münasibətlə rastlaşa bilər. Ukraynada kövrək də olsa, demokratik ənənələr formalaşmaqdadır. Bunun nəticəsidir ki, adi hesab etdiyimiz gülüş ustası dövlət və siyasət adamını səsvermədə 2 dəfə qabaqlayaraq 2-ci tura keçdi”.