Siyavuş Novruzov: "Haradan bilirlər ki, seçki demokratik keçirilməyəcək? Münəccimdilər?”; Pənah Hüseyn: "1 noyabrda ölkədə seçkilər olacaq”
Mirmahmud Mirəlioğlu: "Onların tələbləri, qaldırdığı məsələ haqlıdır” ; Sərdar Cəlaloğlu: "Müsavat əslində bir az yumşaq deyir”; Əli Orucov: "Çox ehtimal ki, 1 noyabrda formalaşdırılacaq parlamentin ömrü 5 il olmayacaq”
Müsavat Partiyası 25 oktyabrda Yasamal rayonunda yerləşən "Məhsul” stadionunda seçki mitinqi keçirib. Mitinqin qətnaməsində siyasi məhbusların azad edilməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılması, seçki qanunvericiliyində əsaslı dəyişikliklər edilməsi, ilk növbədə seçki komissiyalarının müstəqilliyinin təmin edilməsi, bərabərhüquqlu təbliğat imkanlarının təmini, xüsusilə ictimai diskussiyaların təşkil edilməsi məqsədilə pulsuz efir vaxtının ayrılması, seçki kampaniyası dövründə Müsavat Partiyasından olan və digər namizədlərin imzatoplama, eyni zamanda təbliğat kampaniyasına qeyri-qanuni müdaxilə edən yerli hakimiyyət və icra orqanlarının nümayəndələri barədə ciddi tədbirlərin görülməsi, bütün bu və digər zəruri tədbirlərin görülməsi üçün isə parlament seçkilərinin dayandırılaraq dörd ay sonraya təyin olunması tələbi irəli sürülüb.
Seçkiyə bir həftə qalmış Müsavat Partiyasının belə bir tələb irəli sürməsinə hakim Yeni Azərbaycan Partiyasından münasibət bildirilib. YAP icra katibinin müavini Siyavuş Novruzov report.az-a açıqlamasında deyib ki, Müsavat namizədlərinin seçkidə uduzacaqlarını hiss etdiyi üçün indidən belə tələblər irəli sürüb: "Müsavat Partiyasının mitinqini müşahidə etdik. Orada cəmi 300 adam iştirak edirdi. Həmin adamlar da çıxış edənlərin qohum-əqrəbası idi. Müsavat Partiyasının deputatlığa namizədlərinin arxasında 100 nəfər yoxdur. Yəni namizədlərin hər biri özü ilə 100-150 nəfər gətirsəydi, normal mitinq olardı. Bütün bunlar göstərir ki, partiyanın namizədlərinin seçicilər arasında nüfuzu, dəstəyi yoxdur. Onlar bunu hiss etdiklərindən indidən seçki haqqında mənfi rəy yaratmağa çalışırlar. Müsavat Partiyası parlament seçkisində uğur qazana bilməyəcək və indidən seçkilərin nəticələrinə kölgə salmağa cəhd edir. Haradan bilirlər ki, seçki demokratik keçirilməyəcək? Münəccimdilər? Tələb edirlər ki, seçki 4 aydan sonra keçirilsin, bu müddətdən sonra nə olacaq ki? Hesab edirəm ki, onların dedikləri bəhanədir, çünki bilirlər ki, heç kəs onların namizədlərinə səs verməyəcək”.
Müsavatın tələbinə müxalifət partiyalarının münasibətinə gəlincə, AXP sədri Pənah Hüseyn "Yeni Müsavat”a bildirdi ki, istənilən qanuni tələbi irəli sürmək hər bir partiyanın, o cümlədən Müsavatın hüququdur. İrəli sürülən tələbə əməl edib-eləməmək isə hakimiyyətin üzərinə düşür: "Prinsip etibarilə seçkilərin keçirilməsi, təbliğat-təşviqat kampaniyasının təşkili ilə bağlı, xüsusən də hakimiyyətdən olmayan namizədlərin təşviqatının bərabərliyi baxımından vəziyyət yaxşı deyil. Söhbət xüsusən Bakı şəhərindəki durumdan gedir. Televiziyada namizədlərin debatlarının ləğv edilməsi seçki prosesində özünü xüsusi mənfi göstərir. Şəxsən mənim namizəd olduğum seçki dairəsində, sözün doğrusu, bir qədər fərqli situasiyadır. Yəni biz istər fərdi, istərsə də kütləvi görüşlər keçiririk. Sözümüzü seçicilərə bu şəkildə çatdırırıq. Prinsip etibarilə yəqin ki, 1 noyabrda ölkədə seçkilər olacaq. Hesab edirəm ki, Müsavatın mitinqində qəbul olunan qətnamədəki bir çox əsaslar haqlıdır. Seçkinin 4 ay sonraya keçirilməsinin hüquqi baxımdan mümkün olub-olmaması başqa məsələdir”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirdi ki, seçkinin bu şəkildə keçiriləcəyi əvvəldən bəlli idi: "Biz bilirdik ki, belə olacaq. Müsavatın qətnaməsindəki tələblərin də heç biri yerinə yetirilməyəcək. Seçkinin demokratik keçirilməsi istəyi olmadığı halda 4 ay sonra keçirilsə belə, indiki kimi olacaq. Müsavat da bunu bilir. Amma hər bir halda onların tələbləri, qaldırdığı məsələ haqlıdır”.
ADP sədri Sərdar Cəlaloğlu öncə bəyan etdi ki, dünya və Azərbaycan çox ciddi böhranla üz-üzədir. Azərbaycanın bu böhrandan çıxması üçün hakimiyyət cəmiyyətin ən ağıllı potensialını parlamentə toplamalı idi: "Təəssüf ki, iqtidar bunu etmək əvəzinə yenə də əvvəlki metodlarla formal seçki keçirir və ölkənin böhrandan xilas olmasına yardım edə bilmək imkanından uzaq formal parlament formalaşdırılır. Parlament seçkilərinin indiki şəkildə keçməsi dövlətimiz və xalqımız üçün çox mənfi sürprizlər gətirəcək. Ona görə də ölkədə çox təcili siyasi və iqtisadi islahatlar aparılmalıdır. Bu islahatlara həqiqi demokratik parlament seçkilərinin keçirilməsi də daxil olmalıdır. Əks halda, ölkə qarşıdan gələn dəhşətli böhrandan yaxa qurtara bilməyəcək, ölkə defolt vəziyyətinə düşəcək, çox təhlükəli proseslər baş verəcək. Odur ki, Müsavat əslində bir az yumşaq deyir”.
AMİP Siyasi Şura üzvü Əli Orucov bildirdi ki, ölkədə demokratik seçki mühitinin olmaması ilə bağlı Müsavatın bəyanatındakı fikirlər reallığı əks etdirir: "Doğrudan da seçki prosesinin bütünlüklə yekunlaşmasına sayılı günlər qalmasına baxmayaraq, ölkədə seçki mühiti hiss olunmur. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, cəmiyyətdə ümumiyyətlə seçkilərə və seçkili orqanlara inam yoxdur. Hər kəs indidən parlamentə kimlərə deputat mandatı veriləcəyini bilir. Ona görə də heç kəs Prezident Administrasiyasında nəticəsi qabaqcadan bəlirlənən prosesin iştirakçısı olmağa həvəs göstərmir. Müsavatın mitinqində səsləndirilən bəyanat reallığı əks etdirir. Həqiqətən də ölkədə nə seçki mühiti var, nə normal seçki. Namizədlərin təbliğat-təşviqat kampaniyasına imkan yaradılmayıb. Televiziyalar cəmiyyətin üzünə qapalıdır. Bir müddət əvvəl AMİP olaraq tələb etmişdik ki, namizədlərə dövlət büdcəsindən maliyyələşən AzTV və İTV-də efir vaxtı verilsin.
Bu seçki qanunvericiliyində, eləcə də «İTV haqqında» Qanunda təsbit olunub. YAP-ın efir vaxtından imtina etməsi heç də o demək deyil ki, seçkilərdə iştirak edən digər siyasi qüvvələr də, bundan yararlanmalıdır. Hər şeyi YAP-ın istək və arzularına bağlamaq doğru deyil.
Ən pis qanunla ən yaxşı seçki keçirmək mümkündür. Hətta siyasi iradə olsa özlərinin qəbul etdikləri mürtəce qanunla da normal seçki keçirmək olar. Problem Seçki Məcəlləsinin dəyişdirilməsi deyil, seçkilərə olan münasibətin dəyişdirilməsindədir.
Təbii ki, biz də çox istərdik siyasi məhbuslar azad edilsinlər və onların da bu proseslərdə aktiv iştirakına imkan tanınsın. Lakin hakimiyyətin bu tələblərə məhəl qoyacaqları o qədər də inandırıcı görünmür. Müşahidələr göstərir ki, iqtidar çox narahatdır və seçkiləri də səssiz-səmirsiz, tələm-tələsik yekunlaşdırmaq istəyir. Amma ölkədə, regionda və dünyada baş verən sürətli proseslər yeni seçkilərin 4-5 aydan sonra keçirilmə ehtimalını günü-gündən reallaşdırmaqdadır. Çox ehtimal ki, 1 noyabrda formalaşdırılacaq parlamentin ömrü 5 il olmayacaq".
E.SEYİDAĞA