20 Yanvar faciəsinin 25-ci ildönümü TRT kanallları vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılıb.
Bu barədə məlumat verən TRT-nin Bakı nümayəndəsi Yildiray Arslan 20 yanvar 1990-cı ildə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazıldığını bildirib.
Onun sözlərinə görə, TRT20 Yanvar gecəsində yaşanan faciəni fərqli şəkildə ekranlara gətiriləcək.
TRT Bakı Təmsilciliyi Az Tv texniki dəstəyi ilə 20 Yanvar hüzün gününü canlı yayımlarla Şəhidlər Xiyabanından həyata keçirilib.
Canlı yayımlarda o gecənin şahidləri ilə yanaşı Azərbaycan Prezident yanında dövlət geostrateji araştırmalar mərkəzinin sədri Elman Nəsirli, Qafqaz Beynəlxalq münasibətlər və strateji araşdırmalar mərkəzinin rəhbəri Araz Aslanlı və TRT Bakı Təmsilciliyinin müxbiri Səlim Toprak iştirak edıblər.
"TRT Avaz” kanalının koordinatoru Murat Akkoç da 20 Yanvar gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd etdiklərini, gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olduqlarını söyləyib.
Bu program, xəbər və canlı bağlantılar "TRT Haber”, "TRT Avaz” və "TRT Türk” kanallarında yayımlanıb.