"Absurd görünür”

"Mitinqlərlə və kütləvi tədbirlərin keçirilməsi ilə məqsədə nail olmaq absurd görünür”.

Bunu Simsar.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə təmsil etdiyi partiyanın kütləvi aksiyalarda iştirak etməməsinin səbəblərindən danışarkən deyib.

Partiya baş katibinin sözlərinə görə, AMİP, uzun müddətdir Demokratik Qüvvələrin Məşvərət məclisində təmsil olunur. Həmçinin, bu çərçivədə olan siyasi partiyalarla əməkdaşlıq edir: "Birgə tədbirlərin və mitinqlərin keçirilməsində hər zaman səy göstərmişik. Amma eyni zamanda bir sıra məsələlərdə, partiyanın subyektiv mövqeyini ortaya qoymuşuq. Bundan sonra da, siyasi təşkilat olaraq, bu istiqəmətdə fəaliyyətimizi davam etdirəcəyik”.