Elşən Mustafayev: "Türkiyədən istənilə biləcək digər ən vacib məsələ isə real vəziyyətdə qardaş ölkənin bizimlə hərbi əməkdaşlığı daha da gücləndirməsi ola bilər"
Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın Bakıya reallaşacaq səfərinin vaxtı dəqiqləşib. Yeni prezident öz çıxışında ilk gedəcəyi ölkələri sadalayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan vəzifəsinin icrasına başladıqdan sonra ilk olaraq İstanbula gəlib. Ərdoğanı Kısıklı qəsəbəsindəki evinin önündə tərəfdarları qarşılayıb. Tərəfdarları qarşısında çıxış edən Ərdoğan milli iradənin hər şeydən üstün olduğunu ifadə edib: "Dayanmaq yox, yola davam etmək lazımdır. Prezident postuna məni namizəd gördünüz. Artıq dünya gündəmini müəyyənləşdirən bir Türkiyə var".
Daha sonra Türkiyənin yeni prezidenti edəcəyi səfərlərdən danışıb: "İnşallah, bazar ertəsi günü Şimali Kiprə, çərşənbə axşamı isə Azərbaycana gedəcəyik. Daha sonra NATO sammitində iştirak etmək üçün İngiltərəyə gedəcəyik. BMT-nin konfranslarında iştirak edəcəyik. İstanbul isə mənim aşkım, sevdamdır. Haqqınızı halal edin".
Bəllidir ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur. Ancaq buna baxmayaraq, tərəflərin bir-birindən umacağı gözləntiləri də var. İndiyə qədər də qarşılıqlı olaraq hər iki ölkə belə məsələlərə böyük diqqətlə yanaşıb. Maraqlıdır, budəfəki görüşdə İlham Əliyev Ərdoğanın qarşısında Azərbaycanın Türkiyədən hansı böyük gözləntiləri barədə məsələləri qaldıra bilər? Çünki gözlənilən səfərin statusu əvvəlkindən fərqlidir. Ərdoğan bu dəfə Bakıya Türkiyənin xalq tərəfindən seçilmiş ilk prezidenti, mütləq söz sahibi hüququnu özündə saxlayan siyasətçi kimi gəlir.
Azərbaycan Milli İstiqlal Partiyasının Beynəlxalq məsələlər üzrə Katibi Elşən Mustafayev açıqlamasında bildirdi ki, Türkiyənin xalq tərəfindən ilk dəfə seçilən prezidentinin Azərbaycana məhz bu ərəfədə səfər etməsi böyük hadisədir. Müsahibimizin sözlərinə görə, Ərdoğan bələdiyyə seçkilərində qalib gəldikdən sonra da ilk səfərini bura etmişdi: "Onun tərəfindən atılan bu addımlar, iki ölkə arasındakı münasibətlərin diplomatik əməkdaşlıq səviyyəsindən də uzağa getdiyinə sübutdur. Bunu bütün dünya izləyir və bilir ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri mövcuddur. Ancaq buna baxmayaraq, iki ölkə arasında həlli vacib olan bir sıra məsələlər də var. Təbii ki, ölkə başçıları arasında bu məzmunlu müzakirələr olub və olacaq.
Oxşar müzakirələrin detallarının açıqlanmaması da təbiidir. Mənə elə gəlir ki, bu gün iki ölkə arasında yaşanan narahatedici məqamlardan biri vizasız gediş-gəlişin tətbiqidir. Bunun da tam reallaşmamasının bir sıra obyektiv səbəbləri var. Digər tərəfdən isə, Ermənistanla sərhədlərin açılması söhbətinin birdəfəlik qapadılması istənilə bilər. Təbiidir ki, bu mövzu Azərbaycanda böyük həssaslıqla qarşılanır. Məsələnin bir tərəfinə də diqqət yetirmək lazımdır ki, sərhədlərin bağlı olması ilə bağlı aydınlıq tələb edəndə Ermənistanın özü ifşa olur.
Türkiyədən istənilə biləcək digər ən vacib məsələ isə real vəziyyətdə qardaş ölkənin bizimlə hərbi əməkdaşlığı daha da gücləndirməsi ola bilər. Buna bizim böyük ehtiyacımız var. Düzdür, böyük dəstək hiss edirik. Bir qədər açıq müstəvidə, geopolitik məqamların incəlikləri nəzərə alınmadan Türkiyə bunu etməlidir. Bir məsələyə də toxunum ki, Azərbaycan Türkiyənin umacaqlarını bacardığı qədər tez yerinə yetirir. Türkiyəni əhatə edən "nurçu" ovuna Azərbaycanın da böyük həssaslıqla yanaşması buna sübutdur"./Bakı Xəbər/