ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İlham Əliyev bildirib ki, bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub: "Ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb.
Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumdaxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb".
Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən Prezident İlham
Əliyev vurğulayıb ki, ilin əvvəlindən Azərbaycana 19 milyard dollar sərmayə
qoyulub ki, onun da 11 milyard dolları daxili investisiyalardır: "İlin
əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb və Azərbaycanın
valyuta ehtiyatı 53 milyard dollara çatıb".
Dövlət başçısı bildirib ki, Dünya İqtisadi For
umunun reytinq cədvəlində
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə
qərarlaşıb. İlham Əliyevin sözlərinə görə, bu dövrdə regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub, doqquz ayda 100
mindən çox yeni iş yeri yaradılıb, bununla da son 10 ildə açılan iş yerlərinin
sayı 1 milyon 300 minə çatıb.
Dövlət başçısı qeyd edib ki, ötən doqquz ayda sosial layihələrin icrası davam
etdirilib və investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət
qədər böyük olub: "Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət
Proqramı da uğurla icra olunur. Ölkədə infrastruktur layihələrinin icrasına
xüsusi diqqət yetirilir".
Prezident vurğulayıb ki, artıq bir çox sahədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir: "Bunu bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda BMT İnkişaf Proqramının rəhbərinin səsləndirdiyi fikirlər də təsdiqlədi".
Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən İlham
Əliyev qeyd edib ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən
fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr isə təsirli
addımlar atmır: "Buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla
inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil
ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu
düşmənə layiqli cavabını verdi".
Prezident İlham Əliyev nitqində keçən ay təməli qoyulan "Cənub" qaz
dəhlizi layihəsi ilə bağlı fikirlərini də bölüşüb və bunu tarixi hadisə
adlandırıb
.
Bütün bu iqtisadi irəliləyişlərin Azərbaycanın qarşısında duran və ən ciddi
problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin diplomatik və hərbi müstəvidə
həllinə nə kimi təsiri ola bilər?
Müxalifətdə olan Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, onlar partiya olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin ən optimal iki yolunu görürlər. Müsahibimizin sözlərinə görə, bunlardan biri ölkənin iqtisadi yüksəlişi, digəri isə stabilliyin qorunmasıdır: "Müşavirədəki çıxışında Prezident iqtisadi inkişafı səciyyələndirən bir sıra rəqəmləri açıqladı. Bunları inkar etmək olmaz. Yəni bu gün kimsə desə ki, Azərbaycanda iqtisadi inkişaf yoxdur tamamilə yanılmış olar. Bunu deyən adam tapılarsa, demək qərəzlidir. Azərbaycan MDB ölkələri arasında öz inkişaf tempinə görə liderlik edir. Təbii ki, bütün bu faktorların Azərbaycanın problemlərinin nizama salınması proseslərinə mühüm təsirləri var. Varlı ölkənin təminatlı vətəndaşı və güclü ordusu olur. Hazırkı vəziyyətimizdə bizim üçün bu faktorlar olduqca önəmlidir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll
olunmamasından təəssüfləndiyini bildirib, mövcud status-kvonun yolverilməzliyi
ilə bağlı səslənən fikirlərə Ermənistanın məhəl qoymadığından danışıb. Ölkənin
dinamik inkişafı daha da sürətləndirilməlidir ki, biz qarşımızda duran mühüm
problemimizi həll edə bilək".
Məhəmmədəli
QƏRİBLİ