Ermənistan mediası İlham Əliyevin Fransaya səfərini öz maraqlarına uyğun şəkildə yozmaqda davam edir. Onlar iddia edir ki, guya Sarkisyanın Fransaya səfəri zamanı rəsmi Bakıya atəşkəsə nəzarət mexanizmlərinin tətbiqini istəmədiyi üçün, təzyiqlərin gücləndirilməsi, hətta, yeri gəldikdə, sanksiyalar tətbiq edilməsi barədə Ollandla razılaşma olub.
İddialarda bildirilir ki, İlham Əliyevin səfərindən sonra bunun qarşısı alınıb və bununla da Azərbaycan beynəlxalq sanksiyaların tətbiqindən xilas olub.
Ermənistan mediasının bu versiyaları qabartmaqda marağı nədən ibarətdir?
AMİP katibi Elşən Mustafayev qəzetimizə bildirdi ki, bunu da Ermənistanın yaydığı ənənəvi dezinformasiyalar siyahısına aid etmək olar: "Azərbaycan tərəfinin atəşkəsə nəzarət mexanizmi ilə bağlı mövqeyi bəllidir. Rəsmi Bakı deyir ki, Ermənistan bunu istəyirsə, qoşunlarını Azərbaycan torpaqlarından geri çəksin. Ermənistan isə bu bəhanə vasitəsilə danışıqlar prosesindən yayınmaq istəyir. Buna görə Azərbaycana heç kim sanksiya tətbiq edə bilməz. Ancaq Ermənistana sanksiyaları tətbiq etmək üçün kifayət qədər əsas var. Çünki həmin dövlət başqa ölkənin ərazisini işğal altında saxlayır, BMT kimi nüfuzlu qurumun Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmir. Bununla Ermənistan Sarkisyanın səfərinin məhsuldar olduğu ilə bağlı rəy yaratmağa çalışır".