"Türkiyə ilə Ermənistan sərhədlərinin açılması yalnız Ermənistana sərf edər. Azərbaycan öz siyasətini bu sərhədlərin bağlılığı amili üzərində qurmadığına görə, bizim üçün heç bir mənfi hal baş verə bilməz. Lakin sərhədlərin açılmasından ən böyük zərbəni Türkiyə ala bilər. Eyni zamanda sərhədlər açılsa, Türkiyə bütün türk və müsəlman dünyasına zərbə vurmuş olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.
Son günlər gündəmdə olan Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə münasibət bildirən V. Əsgərov qeyd edib ki, sərhədlərin açılması ilə bağlı ortada bir neçə mühüm amil var: "Birincisi, sərhədlər açılsa, Türkiyə Ermənistanın Qafqaza, eləcə də Türkiyənin özünün bir neçə əyalətinə olan iddialarını dolayısı ilə təmin etmiş olacaq. Ermənilər bununla da özlərində siyasi, iqtisadi güc tapmış olacaqlar. İkincisi, sosial problemlərin, fəlakətlərin tüğyan etdiyi Ermənistanla sərhədlərin açılması istər-istəməz Türkiyədən bu ölkəyə ərzaq yardımlarının bu və ya digər formada başqa yardımların daşınmasına gətirib çıxaracq. Eyni zamanda, Azərbaycanın sərhədlərini pozan Ermənistanla sərhədləri açmaq Azərbaycan-Türkiyə arasındakı münasibətlərə xələl gətirə bilər. Həmçinin Suriya erməniləri, eləcə də Ermənistanın yoxsul təbəqəsinin türk torpaqlarına axını başlayacaq. Bir müddətdən sonra isə, ermənilər köçdükləri yerlərdə torpaq iddiası ilə çıxış edəcəklər. Digər tərəfdən, beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınan Ermənistanla sərhədləri açmaq Türkiyəyə başucalığı gətirməz. Ancaq çox mühüm bir məsələyə toxunmaq istəyirəm. Onsuzda Türkiyə sərhədlərini bu vaxta kimi Azərbaycana görə deyil, öz maraqları üçün bağlı saxlayıb. Çünki sərhədlərin bağlılığından Ermənistana təsir mexanizmi kimi istifadə etmək istəyirdi. İndi mühüm dönəmdir. Türkiyə fikirləşsin, əgər sərhədləri açsa, ən böyük zərbə elə Türkiyəyə dəymiş olacaq, Ermənistan da bununla əl-qol açacaq və Azərbaycanla qardaş dövlət arasındakı münasibətləri də prqonoz etmək bundan sonra çox çətin olacaq”.