Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə sözügedən məsələ ilə bağlı bir sıra məqamlara toxunub:
"Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Heç bir ölkə bu qondarma qurumu tanımır. Orada bu yaxınlarda keçirilmiş qondarma "referendum" bunu bir daha göstərdi. Bizim bütün qonşu dövlətlərimiz, beynəlxalq təşkilatlar, Minsk Qrupunun həmsədr ölkələri birmənalı şəkildə bəyanatlar vermişlər ki, onlar bu "referendum"u tanımırlar. Bu o deməkdir ki, Ermənistan və onun rəhbərliyi növbəti dəfə özünü biabır etdi. Hər dəfə orada qondarma "referendum" keçirilərkən bu bizim xeyrimizə işləyir. Çünki hər dəfə beynəlxalq təşkilatlar və dövlətlər bunu qəbul etmirlər. Beləliklə, hər dəfə Azərbaycanın ərazi bütövlüyünü onlar bir daha dəstəkləyirlər və təsdiqləyirlər. Biz ərazi bütövlüyümüzü, əlbəttə ki, bərpa edəcəyik".
Prezident onu da qeyd edib ki, ermənilərin iddiaları azalmır: "Onlar vaxtaşırı ən yüksək səviyyədə müxtəlif cəfəng şüarlar, fikirlər səsləndirirlər ki, yenə də onların qonşu ölkələrin torpağına iddiaları var. Biz aprel döyüşləri zamanı onları yerinə oturtduq. Hər an hazır olmalıyıq ki, onları yerinə oturdaq".
Görünən odur ki, separatçıları keçirdikləri qondarma "seçki" və "referendum"lar onları xilas etməyəcək. Gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Sözügedən məsələni şərh edən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, separatçılar hansı oyunlardan çıxsalar da, beynəlxalq təşkilatlar onları tanımayacaq: "Ona görə ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. De-fakto həmin ərazilər işğal altında olsa da, de-yure Azərbaycanın ərazisi sayılır. Bu baxımdan keçirilən istənilən qondarma "seçki" nə indi, nə də bundan sonra tanınmayacaq. Dövlət başçısı demək istəyib ki, bununla qarşı tərəf hər dəfə özünü biabır edir. Hesab edirəm ki, deyilənlərin fonunda Azərbaycanın Ermənistana təzyiqləri bütün sahələrdə davam etməlidir. Həm cəbhədə işğalçıları rahat buraxmaq olmaz, həm də beynəlxalq müstəvidə bu istiqamətdə işlər davam etdirilməlidir. Bütün beynəlxalq təşkilatlarda, tədbirlərdə Dağlıq Qarabağ məsələsi vaxtaşırı qaldırılmalıdır. Eyni zamanda, məqbul zəmin yaranan kimi cəbhədə düşmənə sarsıdıcı zərbə endirilməlidir".