"Müsavatın demokratiyadan, söz azadlığından danışmağa haqqı yoxdur"

Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğlunun partiyadan çıxarılmasına sabiq müşavir öz facebook səhifəsində  kəskin münasibət bildirərək yazıb: "Əşrəf Mehdiyev və Etibar Məmmədov Heydər Əliyevə prezident seçkilərində rəqib oldular. Hər ikisi, xüsusən Əşrəf Mehdiyev H.Əliyev barəsində çox sərt ifadələr işlətdi. H.Əliyev prezident seçildikdən sonra çoxları onun alternativlərinə qarşı amansız olacağını təxmin edirdi. Olmadı.

İsa Qəmbər və Cəmil Həsənli prezident seçkilərində İlham Əliyevə rəqib oldu. Həm İsa bəy, həm də Cəmil bəy İlham Əliyevin ünvanına nələr demədi. İ.Əliyev rəqibləri barədə cəza tədbiri seçmədi.

"Demokrat" Hacılı Müsavatın VIII qurultayında saxta yolla başqan olduqdan sonra hansı oyundan çıxdı. Başqanlıq seçkisində rəqibi olan 3 müsavatçıdan ikisini partiya sıralarından xaric etdi. Göstərişi ilə neçə müsavatçı partiya cəzası aldı...

Bu faktlar ortadasa, Müsavat hansı haqla demokratik dəyərlərdən danışa bilər?
Bir anlığa təsəvvür edin ki, ona hakimiyyətdə hər hansı bir vəzifə həvalə edilib ( hərçənd ki, bunu Hacılı yalnız yuxusunda görə bilər) adam nələr etmək eşqinə düşərdi.
Tanrı dağına baxıb qar verər. Hacılı CILIZ adamdır, onu yaxından tanıyanların hər biri onun nə qədər cılız olduğunu gözəl bilir.
Zat cılız olduğu üçün Müsavatı da özünə oxşatmaqda qərarlıdır"