Bu gün Azərbaycan cəmiyyətində süstlük müşahidə edilməkdədır. Ölkə gündəminin də əsas mövzusunu regionda gedən proseslər, xüsusən də, İslam Dövləti terror təşkilatının fəliyyəti və atdığı addımlar tutur. Siyasi hadislər və mövzular isə sanki tükənib. Yaranmış mövcud mənzərə ilə bağlı müraciət etdiyimiz AMİP Mərkəzi Şura üzvü Əli Orucov bildirdi ki: "Ölkədə zahirən elə görünür ki, stabillik var. Lakin sosial gərginlik əvvəlki illərə nisbətən daha da artıb. Demokratik düşərgənin sıradan çıxarılması, vətəndaş cəmiyyətinə edilən davamlı basqılar öz yerini radikal dini cərəyanlara və qruplaşmalara verməkdədir. Ölkədə radikalizm günü-gündən artır. Üstəlik də, Azərbaycana beynəlxalq aləmin təzyiqləri seçkiöncəsi xoş olmayan mənzərə yaradıb. Ona görə də hesab edirəm ki, Azərbaycan hakimiyyəti siyasi və sosial gərginliyi azaltmaq yolunda addımlar atmalıdır. Qarşılıqlı inkarçılıq fayda gətirməz”.
Bu radikal gərginliyin artmasını isə Əli Orucov belə əlaqələndirdi: "-Bu radikalizm cəmiyyətin bütün kəsimində müşahidə olunmaqdadır. Siyasi qüvvələr arasında da, dini, hətta, insanlar arasında münsibətlərdə də dözümsüzlük artan xəttlə yüksəlir. Radikallaşmanın səbəblərini isə ümumilikdə belə təsnifatlandırmaq olar: sosial-məişət, iqtisadi problemlərdən doğan radikallaşma; siyasi təsisatların və hakimiyyət qollarının yaratdığı radikalizm. Nəhayət, qanuni nihilizm.
Söhbət ondan gedir ki, bu gün siyasi təsisastların, siyasi partiyaların hakimiyyətə və cəmiyyətə təsiri sıfıra yaxındır. Hakimiyyət qollarında təmsil olunan məmur təbəqəsinin, xüsusən də, yüksək rütbəli yetkililərin rotasiyası həyata keçirilmir. Yəni vəzifələr daimi və irsi məna danışıyır. Dövlətin və hakimiyyətin idarə olunmasında xalqın iştirakına imkan tanınmır. Məhkəmələr korrupsiyalaşıb və insanlar öz itirilmiş haqqlarını qanuni yollarlarla qazana bilmirlər. Qanunların işləməsinə nəzarət yoxdur və qanunlar reallıqda hüquqi qüvvəyə malik deyil. Ümumilikdə isə sadə Azərbaycan vətəndaşı sanki hakimiyyət qolarının-icra, qanunverici və məhkəmə hakimiyyətinin qurduğu üçbucağın içərsindən kənata çıxa bilmir. Bax, Azərbaycan üçün ən real təhlükə budur. Siz müşahidə etsəniz görərsiniz radikalizm əsasən qapalı və despotik rejimlərdə təşəkkül tapır və özünə böyük tərəfdarlar toplaya bilir.
İnsanlar öz elementar hüquqlarını, haqsızlıqları qanunların imkan verdiyi çərçivələrdə qoruya bilmir, ümidləri hər yerdən kəsilir. O zaman da ya radikallaşır, daxilində kin-kidurət, nifrət və qisasçılıq hissi baş qaldırır, ya da ümidsizliyə qapanıb çıxış yolnu intiharda görür. Belə sosial-psixoloji durumdan isə radikal qruplar öz məqsədləri üçün istifadə edir. Din xadimlərimiz də məmurlaşdığından və xalqdan aralı düşdüyündən, haqqın deyil, nahaqqın yanında durduğundan onlara nə inanırlar, nə güvənirlər.
Siz ümumiyyətlə radikalizm meydan suladığı coğrafi ərazilərə diqqət yetirsəniz görərsiz ki, bu təhlükəli tendensiyalar daha çox qapalı və vatoritar rejimlərdə daha geniş yayılıb”.