Əli Orucov: "Rusiya bununla bazadakı əsgəri qüvvələrini peşəkar hərbçilərlə əvəz etmək istəyir"
"Görünür, Rusiya təcrübəsiz əsgərləri risq qrupu hesab edir"
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazası gələn ildən müstəsna olaraq kontraktçı hərbi qulluqçular hesabına komplektləşdiriləcək.
Ermənistan KİV-nə istinadən yayılan məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib: "Sonuncu çağırışçı hərbi qulluqçu 102 saylı hərbi bazanı gələn ilin yazında tərk edəcək" - mənbə bildirib. Lakin Baş Qərargah təmsilçisi qərarın Gümrüdəki məlum qətl hadisəsi ilə bağlı olmadığını qeyd edib. Söhbət bazanın çağırışçı əsgəri Valeri Permyakovun 7 nəfərlik erməni ailəsini güllələməsindən gedir.
Məlumat üçün qeyd edək ki, Rusiyanın Tacikistandakı hərbi bazasının şəxsi heyəti 2014-cü ilin dekabrından yalnız müqavilə əsasında hərbi qulluqçulardan formalaşdırılır. Onu da əlavə edək ki, Gümrüdəki baza Türkiyə və Azərbaycan (Qarabağ) amillərinə görə Rusiyadan ötrü xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, sözügedən baza 1995-ci ildən fəaliyyət göstərir. Ermənistan Cənubi Qafqazda yeganə dövlətdir ki, ərazisində Rusiya hərbi bazaları fəaliyyət göstərir. Rusiya hərbçiləri Azərbaycandan 1993, Gürcüstandan isə 1999-cu ildə çıxarılıb.
Bütövlükdə, Rusiyanın hərbi bazadakı əsgərləri müstəsna olaraq kontraktçı hərbi qulluqçular hesabına komplektləşdirmək məqsədi nə ilə bağlıdır?
Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov bunu müəyyən faktorlarla əsaslandırdı: "Məsələ ondadır ki, Rusiya bununla bazadakı əsgəri qüvvələrini peşəkar hərbçilərlə əvəz etmək istəyir. Yəni daha peşəkar hərbçiləri ora yönəltmək məqsədi daşıyır. Bununla daha az, peşəkarlıq baxımından nisbətən üstün olan hərbçiləri bazaya yerləşdirəcək. Nəticədə hərbi bazanın saxlanma xərcləri nisbətən azalacaq. Çünki say azaldıqca, xərclər də azalır. Digər tərəfdən, görünür, Rusiya təcrübəsiz əsgərləri risq qrupu hesab edir. Belə ki, 102-ci hərbi bazadakı çağırışçı əsgər Valeri Permyakovun 7 nəfərlik erməni ailəsini güllələməsi Rusiyanı pis vəziyyətdə qoyub. Düzdür, bundan əvvəlki illərdə də hərbi bazadakı rus əsgərləri bənzər cinayətlər törədib. Ancaq, görünür, indi vəziyyəti dəyişmək qərarına gəliblər. Ən nəhayət, peşəkar hərbçilərin 102-ci hərbi bazaya cəlb olunması Dağlıq Qarabağ münaqişəsinin perspektiv həlli baxımından yaxşı hal deyil. Yəni müharibə başlayacağı təqdirdə onların gizli şəkildə Ermənistana yardım etməsi risqi var"./Bakı Xəbər/
Vidadi ORDAHALLI