Rusiyaya qarşı tətbiq edilən sanksiyalar öz bəhrəsini verir. Artıq həmin ölkədə panikalı durum yaşanır. Stabil olan iqtisadiyyatda çökmə baş verir. Rus rublu dollara nisbətdə kritik həddə qədər ucuzlaşıb.
Bir sıra ekspertlərin qənaətincə, bu, sosial partlayışa gətirib çıxara bilər. Vəziyət o həddə çatıb ki, Rusiyada hər an çevrilişin ola biləcəyini hətta ən yüksək çinli məmurlar da etiraf edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici mətbuata verdiyi müsahibədə bildirib ki, ABŞ-ın sanksiyaların köməyi ilə Rusiyada sabitliyi pozmağa və rejimi dəyişməyə cəhd göstərdiyini güman etmək üçün çox ciddi səbəblər var":Mənim bunun belə olduğunu güman etmək üçün çox ciddi səbəblərim var. Bəzi siyasətçilər heç bunu gizlətmir də", - deyə o əlavə edib. Nazirin sözlərinə görə, Moskva Avropa İttifaqı və bəzi böyük Avropa ölkələrinin ABŞ-dan asılı olmadığını düşünməklə yanlışlığa yol verib.
ABŞ-ın dəstəyilə Rusiyanın daxilində çevrilişin baş tuta biləcəyilə bağlı səslənən fikirlər nə dərəcədə inandırıcıdır?
Azərbaycan Milli İstiqlal Partiyasının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu fikirləri o qədər də inandırıcı saymır. Onun sözlərinə görə, bunun üçün Rusiyanın daxilində lazım olan güc yoxdur: "ABŞ-ın Rusiyada dövlət çevrilişi planlaşdırması inandırıcı deyil. O səbəbə görə ki, Rusiyada bunu həyata keçirə bilən siyasi elita yox səviyyəsindədir. O başqa məsələdir ki, ABŞ Putinin hakimiyyətdən gedişini və onun yerinə bir başqasının gəlməsini istəsin. Amma bir məsələni də demək lazımdır ki, Rusiyada hakimiyyət dəyişikliyi olacaqsa belə, gələn hakimiyyət üçün, ən yaxşı halda, Qərbə və ABŞ-a qarşı loyal münasibəti olan biri arzulanır. Yaxın gələcəkdə Rusiyada marionet hakimiyyət olmayacaq.
Dünyanın ən böyük nüvə dövlətinin marionet tərəfindən idarə olunması mümkün deyil. Yəqin ki, bu heç ABŞ-ın da planlarına daxil deyil. Rusiya zəifləyə bilər, sərhədlərindən kənar iddialarından əl çəkə bilər, bu realdır. Nəticə etibarı ilə hamı istəyir ki, belə bir Rusiya ilə əməkdaşlıq etsin".