"İpək yolu"nun İrəvandan keçməsi üçün Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını tezləşdirməlidir". Bunu ABŞ-ın işğalçı ölkədəki səfiri Con Heffern deyib. C.Heffern müsahibəsində bildirib ki, indi bunun üçün real tarixi şərait yaranıb: "Hazırda Türkiyədə erməni düşmənçiliyi istəməyən bir hakimiyyət var.
İrəvan bu istiqamətdə çevik hərəkət etsə, sərhədlərin açılması tezləşə bilər. Ermənistanın ən əlverişli yolla Avropaya tranzit qapıları açılmış olacaq. Bu isə ölkənin iqtisadi vəziyyətini xeyli irəliyə apara bilər". ABŞ səfirinin fikirlərində kifayət qədər təzadlı məqamlar var. Əvvəla, Türkiyənin bütün hakimiyyətləri kimi, AKP də sərhədlərin açılmasında prinsipial mövqe tutur. Onların şərti açıq və aydındır. Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilməyincə Türkiyə-Ermənistan sərhədləri açıla bilməz. Hələ ki, AKP hakimiyyətinin bu prinsipdən zərrə qədər də yayındığını müşahidə etməmişik. Onda maraqlıdır, ABŞ diplomatı ermənilərə məsləhət verərkən hansı münbit şəraitin yetişməsinə işarə edir və onda bu "optimizm" hardandır?
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında öncə onu bildirdi ki, "İpək yolu"nun İrəvandan keçməsi inandırıcı deyil: "Ona görə yox ki, Türkiyə Ermənistanla sərhədlərini açmayacaq. Hətta sərhədlər açılsa belə, burada əsas söz sahibi Azərbaycandır. Biz də buna bəlli səbəblərə görə razılıq verməyəcəyik. Səfirin dediklərilə bağlı isə deyə bilərəm ki, Türkiyədə heç zaman erməni düşməni olan hakimiyyət olmayıb. Əksinə, bütün hakimiyyətlər ermənilərin türk düşmənçiliyi ilə müşayiət olunan addımlarından müdafiə olunublar. Həqiqətən də Türkiyə sərhədləri bağlayanda konkret şərtlər göstərmişdi ki, bunlardan biri işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, digəri isə "erməni soyqırımı" iddialarından əl çəkilməsi idi. Ən azı, bu iki şərtin həyata keçməsinə nə Ermənistan, nə də diasporu hazırdır. Daha sonra, hətta şərtlər yerinə yetirilməsə belə, Türkiyə sərhədləri açmaq fikrinə düşərsə (hərçənd, mən buna inanmıram), o zaman Azərbaycan buna ciddi təpki göstərər ki, bu da iki qardaş dövlət arasında problemlər yaradar. Fikrimcə, hətta perspektiv üçün olsa da, Azərbaycan "İpək yolu"nun Ermənistandan keçməsini istəməyəcək. Azərbaycan strateji iqtisadi layihələrini Gürcüstan üzərindən həyata keçirir. Düşünürəm ki, gələcəkdə də bu istiqamətdən istifadə olunacaq".