Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi, Azerbaycan Respublikasinin Prezidenti Yanında Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən ''Azərbaycanda bələdiyyə seçkiləri zamanı ictimai rəyin formalaşması, seçkidə iştirakın vacibliyinin əhali arasında təbliği.'' Layihəsi Quba, Ağcabədi, Gəncə, Bakıda həyata keçirilir.
Birliyin rəhbəri Mehriban Abdullayeva çıxışında qeyd edib ki, "Azərbaycan Respublikasında, Bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi işləri Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası və "Azərbaycan Respublikası Bələdiyyə seçkiləri haqqında” qanunu və digər qanunlar ilə müəyyən edilmiş səlahiyyətləri daxilində həyata keçirirlir. Bələdiyyə seçkilərinin keçirilməsinin ümumi prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələri ilə müəyyən edilir. Bütün bu imkanların və şəraitin yaradılmasına baxmayaraq hətta bəzən bəzi inzibati yaşayış mərkəzlərində təşkil edilən seçki məntəqələrinin üzvlərinin bir çoxunun seçki qanunundan az məlumatlı olmaları bu sahədə müəyyən problemlərin yaranmasına səbəb olur. Bununlada regionlarda seçkilərin keçirilməsi barədə maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac yaranır. Baxmayaraq ki, Dövlət tərəfindən vətəndaşların seçkilərin keçirilməsində fəail iştirakı istiqamətində münbit şərait yaradır, vətəndaşların məlumatsızlığı onlara, öz qanuni hüquqlarından lazımınca bəhrələnməyə imkan vermir.
Təşkilatımızın apardığı müşahidələrə əsaslanaraq qeyd edir ki, regionlarda seçkilərin keçirilməsi qaydaları harrında maarifləndirmə işlərinə ehtiyac var. Təşkilatımız, regionlarda fəaliyyət göstərən ictimai birliklərin, digər yerli kommersiya təşkilatlarının eləcədə kənd təsərrüffatı müəsisələrinin rəhbərlərinin və sıravi vətəndaşların seçkilərin keçirilməsi istiqamətində fəaliyyətlərinin əlaqələndirilməsi barədə maarifçilik işlərinin qurulmasını vacib sayır. Bu istiqamətdə layihənin həyata keçiriləcəyi regionların bütün inzibati yaşayış məntəqələrində idarə, müəsisə, təşkilat və fərdi şəkildə vətəndaşlar arasında seçkilərin keçirilməsi barədə kütləvi təbliğat tədbirlərinin təşkilini günün ən aktual məsələlərindən biri hesab edir.
Məlumdur ki seçki çoxpartiyalılıq sistem üzrə aparıldığından, burada bütün namizədlərə bərabər şəraitin yaradılması "Azərbaycan Respublikası seçkilər haqqında” qanunun əsas tələblərindən biridir və bu qanunun bütün tələblərinə Azərbaycanda çox diqqətlə əməl olunur."
Layihənin sonuncu tədbiri olaraq, Bakıda BMM-də yekunlaşdi. Çıxışlar və müzakirələrlə Rada Abbas, İndira Semsivari, Araz İmaməliyev və digət şəxslər fəal iştirak ediblər.