6 ay ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı nə qədər olub?

"Cari ilin ilk altı ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olmuşdur". Bu barədə "Millət" qəzetinin sorğusuna Dövlət Statistkia Komitəsinin Məlumatların yayılması şöbəsindən verilən cavabda qeyd olunur.

O da bildirilir ki, ölkəmizə gələnlərdən 310,7 min nəfəri Rusiya Federasiyası, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri Birləşmiş Krallıq, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri Amerika Birləşmiş Ştatları, 85,0 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.