Rusiyanın Əsədi hansı həddə qədər müdafiə edəcəyi proseslərin gedişindən asılıdır"
img
Əli Orucov: "Suriya məsələsində Rusiyanın rolu Ərdoğanın çağırışı ilə deyil, ABŞ-la əldə olunacaq razılaşma əsasında müəyyən edilir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Rusiya Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə son qoyacaq və bu ölkədə ABŞ-la birlikdə hərəkət edəcək.
İstanbulda referendumla bağlı aksiyada çıxış edən R.T. Ərdoğan kimyəvi hücuma cavab olaraq ABŞ-ın Suriyaya raket zərbəsi endirməsini də müsbət dəyərləndirib. Türkiyə prezidenti ABŞ-ın tək bu addımla kifayətlənməyəcəyinə ümid edib: "Biz hesab edirik ki, Rusiya da, ən azı, Əsədi müdafiə etməyi dayandıracaq".
Bir növ, bununla Ərdoğan Rusiyaya çağırış edib ki, Əsəd rejiminə dəstəyi dayandırsın. Zatən, iki ölkənin Suriya məsələsində əsas fikir ayrılığı bununla bağlıdır. Görünən odur ki, tərəflərin bu məsələdə fikir ayrılığı qalmaqdadır.
Digər tərəfdən, Birləşmiş Ştatların 45-ci prezidenti Donald Tramp hələ seçki kampaniyası zamanı Suriya münaqişəsi ilə bağlı müxtəlif fikirlər səsləndirib. Onun dedikləri Bəşər Əsədi dəstəkləyən Rusiya hökumətində böyük ümidlər doğurdu. Lakin prezidentlik kürsüsünə əyləşən Tramp qısa müddət sonra Putinin istək və maraqları daxilində davranmayacağını əyani şəkildə göstərməyə başladı. O zaman Tramp bildirirdi ki, Orta Şərqdəki problemlərin həlli bilavasitə oradakı güclü yerli liderlərdən asılıdır. Lakin hazırda Tramp hökumətinin Bəşər Əsədin getməsini istəməsi öncə söylədikləri ilə qətiyyən uzlaşmır. ABŞ-a məxsus aviasiya və hərbi gəmilərdən Homsdakı Suriya ordusunun "Şəyrat" bazasına 50-dək raket atılması tam fərqli mənzərə yaratdı. Rəsmi Vaşinqton raket zərbələrinin endirilməsini kimyəvi silahdan istifadəyə cavab kimi göstərir. Ərdoğanın Suriya məsələsində Rusiyaya ünvanladığı çağırışı ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, ABŞ-ın Suriyaya zərbələr endirməsi Türkiyənin maraqlarına cavab verir: "Son dövrlər Rusiya ilə Türkiyə arasında müəyyən yaxınlaşma müşahidə olunsa da, prinsipial məsələlərdə tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Bunlardan ən başlıcası, təbii ki, Əsəd rejiminə münasibətdir. ABŞ Suriyanı bombalayandan sonra Türkiyənin onu dəstəkləməsi yeni situasiya formalaşdırmağa başlayıb. Düzdür, Rusiya ilə siyasi əlaqələri normallaşdırdıqdan sonra Türkiyə bir müddət Bəşər Əsədin devrilməsi məsələsini görməzdən gəldi. Bu ona görə baş verirdi ki, ABŞ-Türkiyə münasibətlərində bir sıra fikir ayrılıqları var idi. Ancaq Rusiya ilə Türkiyə nə qədər ortaq mövqe sərgiləsə də, Suriyada yanaşmalar toqquşurdu. Türkiyə prezidenti Ərdoğan ABŞ-ın Suriyaya hücumundan sonra bunu dəstəklədi, Bəşər Əsədin getməsini vurğuladı və Rusiyanı Əsədə kömək etməməyə çağırdı. Rusiyanın Əsədi hansı həddə qədər müdafiə edəcəyi proseslərin gedişindən asılıdır. Ola bilsin ki, Putin bunun müqabilində ABŞ-dan geosiyasi baxımdan nəsə qoparmaq istəyir. kBazarlıq baş tutsa, o zaman Rusiyanın Əsəddən dəstəyi çəkəcəyi sürətlənəcə. Yox, ortaq razılaşma əldə olunmasa, proseslər uzanacaq. Deməyim odur ki, Suriya məsələsində Rusiyanın rolu Ərdoğanın çağırışı ilə deyil, ABŞ-la əldə olunacaq razılaşma əsasında müəyyən edilir".