Əli Orucov: "Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürməyi məmnuniyyətlə edərdik, nə yazıq ki...”
Gülağa Aslanlı: "Müsavat dövlət büdcəsindən heç bir vəsait almır və maddi problemlər içərisindədir”
Yeni Azərbaycan Partiyası(YAP) Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna növbəti dəstək aksiyasını həyata keçirməyi qərara alıb. Bu barədə partiyanın rəsmi qəzetində yayılan xəbərdə deyilir ki, YAP-ın İcra Katibliyində, habelə rayon və şəhər təşkilatlarında çalışan 660 nəfər əməkdaş bir aylıq əmək haqqının 20 faizini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına köçürmək haqqında müraciət edib.
Bildirilir ki, YAP üzvləri tərəfindən atılmış bu addım son zamanlar ermənilər tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi kimi qiymətləndirilməlidir.
Müxalifət partiyalarının YAP-ın bu addımına münasibəti və onların da belə bir aksiyanı həyata keçirib-keçirməyəcəyinə gəlincə, AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirdi ki, Azərbaycan ordusu dövlət tərəfindən yüksək maddi təmin edilir. Lakin hər bir halda YAP-ın başlatdığı aksiyanı təqdirəlayiq hesab etmək olar: "Əvvəla, Azərbaycan ordusu yüksək səviyyədə dövlət tərəfindən təmin olunub. Hər il orduya dövlət büdcəsindən yetərincə vəsait ayrılır. Əgər həmin vəsaitin hamısı təyinatı ilə xərclənərsə, mənimsəmələrə və israfçılığa yol verilməsə, ordunun kənar yardımlara ehtiyacı qalmaz. Lakin bununla belə, YAP-ın başlatdığı aksiyanı təqdirəlayiq hesab etmək olar. Məncə, YAP bir qədər xəsislik edir, 20 faiz hakim partiya üçün o qədər də böyük rəqəm deyil. Külli miqdarda gəlirləri və əmlakı olan hakim partiya daha çox yardım ödəmək imkanlarına malikdir. O ki qaldı müxalifət partiyalarının Silahlı Qüvvələrə Yardım Fondunun hesabına pul köçürmək məsələsinə, biz bunu məmnuniyyətlə edərdik. Özü də YAP-dan fərqli olaraq daha səxavətlə. Nə yazıqlar ki, AMİP də daxil olmaqla, ölkənin aparıcı müxalif qüvvələri nə dövlət büdcəsindən maliyə alır, nə də hansısasa gəlirlərə malikdir. Onların çoxunun gündəlik fəaliyyət göstərmələri üçün nə yerləri, qərargahları, nə texniki avadanlıqları, nə də əmək haqqı alan əməkdaşları var. Bu gün Azərbaycan müxalifətinin texniki və maddi təminatı sıfırdır. Bu ağır durum həm də iqtidarın xüsusiyyətini və mahiyyətini əks etdirən real mənzərədir. Lakin buna baxmayaraq, AMİP-çilər bir nəfər kimi Silahlı Qüvvələrimizin tərkibində torpaq uğrunda ən qiymətli olan həyatlarını və canlarını qurban verməyə hazırdır”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirdi ki, YAP-ın maddi vəziyyəti yüksək səviyyədə olduğu üçün belə bir addımı atıb, lakin yaxşı olardı şəhid ailələrinə dəstək verilsin. Ordunun böyük məbləğdə büdcəsi dövlət tərəfindən təmin edilib: "YAP saxta seçkilər nəticəsində parlamentdə çoxluğa sahiblənib və öz xeyirlərinə qəbul etdikləri ”Siyasi partiyaların büdcədən maliyyələşməsi haqqında" Qanuna görə, dövlət büdcəsindən çox böyük məbləğdə maliyyə vəsaiti alır. Ona görə də YAP mərkəzi qərargahda və rayon təşkilatlarında işləyən insanlara əmək haqqı verə bilir. Müsavat Partiyası və digər müxalifət partiyaları isə parlamentə buraxılmadıqları üçün dövlət büdcəsindən heç bir vəsait almırlar və maddi problemlər içərisindədirlər. Müsavat Partiyasının vəsaiti olmadığı üçün heç kimə əmək haqqı verə bilmir. Biz partiyanın yerləşdiyi binanın icarə və kommunal xərclərini ödəməkdə belə çətinlik çəkirik. Belə bir vəziyyət olduğu üçün Müsavat Partiyası orduya vəsait ayırmaq imkanında deyil. İkincisi, büdcəsi 6 milyarda yaxın olan orduya kənardan partiyaların vəsait ayırmasına ehtiyac yoxdur. Bu yaxınlarda Müdafiə Nazirliyi də bu barədə açıqlama vermişdi. Biz hesab edirik ki, daha yaxşı olardı ki, şəhidlərin ailələrinə vəsaitlər ayrılsın, dövlət şəhidlərin övladlarını 18 yaşı tamam olana qədər himayəyə götürsün. Şəhid ailələrinə, yaralılara xidmət eləmək, hansısa yardımlar etmək məsələsində isə Müsavat Partiyasının tədbirləri olacaq".