AMİP-in İsveçli müttəfiqi hakimiyyətə gəlməyin bir addımlığında

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İsveçdəki müttəfiqi olan Moderat partiyası üstünlüyü ələ alaraq yeni parlament seçkilərinin keçirilməsinə nail olub.

Bu barədə Teleqraf.com-a açıqlamasında AMİP sədrinin beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib. O, İsveçdə bu il sentyabrın 14-də parlament seçkilərini xatırladıb və qeyd edib ki, həmin vaxt Moderat partiyasının yaratdığı Alyans koalisiyası təxminən 4% səslə Sosial demokratların koalisiyasına uduzmuşdu:

"Nəticədə 8 illik hakimiyyətlərini təhvil vermişdilər. Dünən isə İsveç parlamenti səs çoxluğu ilə hakimiyyətin deyil, Moderat partiyasının təklif etdiyi büdcə layihəsinə səs verib. Bu isə o deməkdir ki, Sosial demokratların 2 ay öncə formalaşdırdığı hakimiyyət koalisiyası iflasa uğradı. Belə ki, seçkiyə tam fərqli iqtisadi platformada gedən bir partiyanın həmin platforma əsasında hazırladığı büdcə layihəsi parlamentden keçirsə bu, artıq parlament və hakimiyyət böhranı sayılır. Odur ki, dünən 2015-ci ilin martın 22-nə yeni parlament seçkilərinin keçirilməsinə qərar verilib və seçki hazırlıqlarına başlanılıb.