Azərbaycanda tanınmış müxalifət partiyaları-Müsavatın, KXCP-nin, AMİP-in qurultaylarının keçirilməsi vaxtı xeyli vaxtdır çatıb. Lakin hələ də onlar qurultaylarını keçirdə bilməyiblər.
Partiyaların qurultaylarının illərlə gecikməsinin səbəbləri nədir? Müxalif partiyaların əvvəlki insani və maliyyə resurslarının olmaması da burada rol oynayırmı?
AMİP SŞ üzvü Əli Orucov partiyaların qurultaylarının illərlə ləngiməsinin müxtəlif səbəblərinin olduğunu bildirdi. O, xatırlatdı ki, əvvəllər ölkənin aparıcı siyasi partiyalarının qurultayları böyük salonlarda keçirilərdi, maraqla izlənilərdi. Qurultaylar böyük siyasi hadisə sayılırdı. Cəmiyyətin diqqətini özünə cəlb edərdi. Lakin zaman-zaman siyasi təsisatların sıxışdırılıb sıradan çıxarılması öz ağır nəticələrini verdi: "Partiyaların ölkə həyatına təsiri minimuma endirildi. AMİP-in qurultayları həmişə böyük çoşqu və mütəşəkkilliklə keçib. Bu qurultaylar da ölkədəki ictimai-proseslərə çox ciddi təsir göstərib və uzun müddət gündəmi zəbt edə bilib. Mən AMİP-in bir çox qurultaylarına nümayəndə seçilmişəm və iştirak etmişəm. Partiyanın qurultaylarına təkcə ölkə daxilindən deyil, xaricdən də yüksək səviyyəli qonaqlarımız təşrif buyururdu. Xüsusən də AMİP 1997-ci ildən Beynəlxalq Demokrat İttifaqına üzv olandan sonra Böyük Britaniya, İsveç, Almaniya və bu kimi dövlətlərdən, eləcə də Gürcüstandan nümayəndə heyətləri qurultaylarımızda iştirak edib. Deməyim ondan ibarətdir ki, AMİP qurultayları həmişə bu cür təşkilinə və keçirilməsinə, verdiyi önəmli qərar və mesajlarına görə həmişə xüsusi olaraq fərqlənib. Sonuncu qurultayımız da ciddi rezonans doğura bildi. Aparıcı partiyaların, o cümlədən AMİP-in qurultaylarının əvvəlkilər kimi gurultulu və geniş salonlarda keçirilməsinə yaranan əngəllər təkcə maliyyə ilə bağlı deyil. Doğrudur bu da vacib şərtlərdən biridir. Burada digər şərtlər də var. Basqılar və cəmiyyətdə yaranan xof siyasi partiyaların həyatında fəal iştiraka da öz neqativ təsirini göstərib”.
AMİ-in növbəti qurultayının nə vaxt keçiriləcəyinə gəlincə, Əli Orucov qeyd etdi ki, qurultayın cari il ərzində keçirilməsi nəzərdə tutulur: "Partiyanın rayon Təşkilatlarına artıq səfərlər başlanılıb. Şəxsən mən özüm Siyasi Şuranın təsdiq etdiyi istiqamətlər üzrə Göyçay, Ucar, Ağstafa, Şəmkir, Samux, Gəncə, Tovuz milli istiqlalçıları ilə görüşüb həm bölgələrdəki durum, həm də yerli təşkliatlarımızla bağlı ətraflı müzakirələr aparmışıq. Yaxın günlərdə də bu cür səfərlərim planlaşdırılıb və belə müzakirələr və fikir mübadiləsi çox faydalıdır. Qurultaya qədər görüləsi və xeyli çətin işlərimiz var. Bunu etiraf etmək lazımdır ki, bölgələrimizdə siyasi məsələ ürək açan deyil. İnsanlar sanki siyasətlə məşğul olmağı təhlükəli iş kimi qəbul edir. Amma siyasi partiyalar olaraq bizim də vəzifəmiz indiki vəziyyətdən çıxış yollarının axtarılıb tapılmasına nail olmaqdır. Açığı bölgələrimizdə insanlarımızın siyasətlə məşğul olmaları, fəallıq göstərmələri indiki şərtlər daxilində əsil möcüzə və qəhrəmanlıqdır”.