Əli Oruclu: "Qurultayın keçirilməsinə nail olacağıq”
Yeddi aydan çoxdur sədrsiz qalmış Azərbaycan Milli İstiqlal Partiyasının qurultay tarixi hələ də müəyyənləşməyib. Partiyanın qurultaya tam hazır olduğu vurğulansa da, müxtəlif səbəblərdən toplantı keçirmək mümkün olmayıb. Görünən odur ki, partiyada yeni sədrin kimliyi ilə bağlı gərgin müzakirələr gedir. Qurumun baş katibi, sədr əvəzi Arzuxan Əlizadənin məlumatına görə, AMİP rəhbərliyinə 3 nəfər iddialıdır.
Sədrliyə iddia edən 3 nəfərdən biri isə A.Əlizadə özüdür: "Partiyanın Siyasi Şurasının üzvü Əli Oruclu və beynəlxalq əlaqələr üzrə katib Elşən Mustafayev də öz namizədliklərini açıqlayıblar. Ancaq namizədlərin sayının artacağı istisna deyil. Çünki qurultayın vaxtı təyin olunduqdan sonra digər namizədlər də ortaya çıxa bilər”. Sədr əvəzinin sözlərinə görə, qurultayın tarixi Mərkəzi Şuranın toplantısında müəyyənləşəcək. Qurultayın yubanması və sədrlik uğrunda aparılan mübarizə ilə bağlı "Şərq”ə danışan Əli Oruclu deyib ki, AMİP-in qurultayı ötən il keçirilməli idi. Lakin məlum səbəblərdən bir qədər gecikir: "Əslində qurultayın keçirilməsi üçün bütün hazırlıqlar tamamlanıb, tərkib müəyyənləşib. Sadəcə bəzi texniki problemlər var. Fikrimcə, yaxın günlərdə onları həll edəcəyik və qurultayın keçirilməsinə nail olacağıq”. Ə.Oruclu bildirib ki, partiya daxilində heç bir anlaşılmazlıq, münaqişə yoxdur: "İstənilən şəxs sədrliyə namizədliyini irəli sürə bilər. Amma baş katib Arzuxan Əlizadə istisna olmaqla hələlik heç kəs rəsmi iddiasını ortaya qoymayıb. Arzuxan Əlizadə də sədr olmaq istəyini partiyanın hansısa qrumunda deyil, mətbuatda bildirib”. Partiya funksioneri deyib ki, AMİP sədri olmaq bir sıra üstün keyfiyyətlər tələb edir: "Sədr olmaq fikrinə düşənlər ilk növbədə məsuliyyətli olmalı, öz imkan və iddiaları arasında düz-mütənasibliyin olduğuna əmin olmalıdır. Daha sonra öz əqidədaşlarını da buna inandırmağı bacarmalıdır. Ona görə də hesab edirəm ki, mətbuatda sədrliyə namizədliklə bağlı adları hallandırılan şəxslər yüz ölçüb, bir biçməlidirlər. Çünki ola bilsin, mediada adları çəkilməyən hansısa şəxs sədrliyə daha çox layiqdir”.