Son vaxtlar sosial şəbəkələrdə müxtəlif statusları ilə gündəmə gələn Aslan İsmayılov bu dəfə özünü 4 iyun hadisələri ilə əlaqədar yaradılmış deputat istintaq qrupunun uzvu kimi təqdim etdi. Adamın hüquqşünas olması səbəbindən həqiqətən də ortaya ciddi faktlar qoyacağını zənn edərək silsilə yazılarını sonadək oxudum və özünü cəmiyyətə ədalət carçısı kimi təqdim edən bu şəxsin dedi-qodu səviyyəsində cızmaqara yazmaq istedadina malik olmasına sözün əsl mənasında təəssüf hissi keçirdim.
Yazı illər boyu hadisələrdən az-çox məlumatı olan hər kəsin bildiyi həqiqətləri özünün şəxsi mənini qabartmaqla fərqli rakursda oxucuya sırımaq cəhdindən, yumşaq desək taftalogiyadan başqa bir şey deyil. İlk ağlıma gələn bu oldu ki, adam özünəvurğunluq maniyasından əziyyət cəkir, özü bunun fərqində olmasa da.
Daha sonra yadıma uzaq 1988-ci ilin Sumqayıt hadisələri gəldi və bu konteksdə Aslan İsmayılovdan soruşmaq yerinə duşür ki, o vaxt Azərbaycana səni kim, hansı statusla və nə məqsədlə ğöndərmişdi? Bəlkə əvvəlcə bu sualın cavabı verilsin? Təkcə elə bu sualın doğru cavabı Aslan İsmayılovun hansı missiyanın daşıyıcısı olduğundan xəbər verir.
Arzuxan Əlizadə, AMİP Baş katibi