Münaqişənin indiyədək həll olunmamasının kökündə dayanan başlıca faktor..."
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair irəliləyiş yoxdur. Məlum olduğu kimi, bunu ATƏT-in baş katibi Lamberto Zannier TASS-a müsahibəsində deyib.
O bununla bağlı verdiyi açıqlamasında bir sıra məqamlara toxunub: "Son bir neçə gündə yenə insidentlər olub. Biz baş verənlərdən çox narahatıq. Münhendə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri olub. Müzakirələr müsbət idi, lakin əhəmiyyətli irəliləyiş yoxdur. Biz tərəflərin razılığa gəldiyi bütün mexanizmləri işə salmağa hazırıq. Amma biz qərarların qəbul edilməsində tərəfləri əvəz edə bilmərik. Təəssüf ki, irəliləyiş azdır və mənim hər iki ölkə liderinin görüşü ilə bağlı vaxt demək imkanım yoxdur ki, sammit olsun. Bu, istənilən halda, hələlik aktual deyil".
Zannierin sözlərinə görə, eyni zamanda ağır silahların istifadəsi və mülki şəxslər arasında qurbanların olması faktı mövcuddur ki, bu, vəziyyətin pisləşməsini göstərir.
Maraqlıdır, Zannier "mənim hər iki ölkə liderinin görüşü ilə bağlı vaxt demək imkanım yoxdur" bildirməklə və bu məsələnin, istənilən halda, hələlik aktual olmadığına eyham vumaqla nə demək istəyir? ATƏT rəsmisi bunu o qədər arxayınlıqla qeyd edir ki, sanki qurumun danışıqların bu cür dalana dirənməsində rolu yoxdur.
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, təəssüf ki, ATƏT təmsilçisi danışıqların dalana dirənməsinin səbəbkarını göstərmir: "Bir tərəfdən münaqişənin həllində irəliləyiş olmadığını bildirirlər, o biri tərəfdən cəbhədə artan insidentlərdən narahat olduqlarını bəyan edirlər. Ancaq danışıqların dalana dirənməsinin kökündə dayanan faktorları isə araşdırmaq istəmirlər. Baxmayaraq ki, ortada təcavüz edən və təcavüzə məruz qalan tərəflər var. Münaqişənin həlli ilə bağlı BMT-nin 4 qətnaməsi var. O cümlədən, digər beynəlxalq qurumların Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarlar var. Bütün bunlara rəğmən, işğalçı ilə işğala məruz qalan tərəfə eyni prizmadan yanaşırlar. Münaqişənin indiyədək həll olunmamasının kökündə dayanan başlıca faktor bununla bağlıdır. Həmsədrlər Ermənistana təzyiq göstərsələr, münaqişənin həlli sürətlənəcək. Təəssüflər olsun ki, ötən il baş verən aprel döyüşlərindən sonra biz bu istiqamətdə hansısa təşəbbüs müşahidə etmədik. Əksinə, hər vəchlə çalışırlar ki, cəbhədə irimiqyaslı toqquşmalar baş verməsin. ATƏT-i münaqişənin həll olunmaması deyil, müharibənin yenidən başlanması risqi narahat edir".
Vidadi ORDAHALLI